Kommunal qurumlar üzrə vahid abunəçi kodu mexanizmi yaradılır
sizinxeber.az xəbər saytı

Kommunal qurumlar üzrə vahid abunəçi kodu mexanizmi yaradılır


Kommunal xidmətlərlə bağlı Vahid İnformasiya Sisteminin yaradılması və aidiyyəti sistemlərin inteqrasiyası üzrə 2025-ci il üçün Yol Xəritəsi Azərbaycan Respublikasının Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyası tərəfindən təsdiq edilib.

APA-Economics” xəbər verir ki, yol xəritəsinə görə, cari ilin 1 may tarixinə qədər kommunal qurumlar üzrə vahid abunəçi kodu mexanizmi yaradılması və Kommunal Xidmətlər Vahid İnformasiya Sisteminin formalaşdırılması ilə bağlı konseptual sənədin hazırlanması planlaşdırılır.

Məlumata görə, bu ilin 1 dekabr tarixinə qədər, abonentlərin fərdi identifikasiya nömrəsi (FİN) üzrə məlumat bazasının mötəbərliliyinin 90%-ə çatdırılması, eyni zamanda abonentlərin vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) üzrə məlumat bazasının mötəbərliliyinin 70%-ə yüksəldilməsi və bu istiqamətlərdə görüləcək işlərlə bağlı tədbirlər planının hazırlanması və görülmüş işlərə dair rüblük hesabatın Komissiyaya təqdim olunması nəzərdə tutulur.

Qeyd edilib ki, cari ilin 1 dekabr tarixinə qədər, abonent məlumat bazasında ünvan reyestr məlumatlarının tətbiqi üzrə mötəbərliliyin 90%-ə çatdırılması, müxtəlif dövlət və özəl informasiya sistemlərinin dəstəyi ilə kommunal xidmətlər abonent bazasının dürüstləşdirilməsi (ÜRİS, FİN, VÖEN, Kommunal qurumlarının abonent informasiya sistemləri, Kommunal qurumlarının coğrafi informasiya sistemləri) planlaşdırılır.

Oxşar xəbərlər

“Kommunal xidmətlərlə bağlı vahid informasiya sisteminin yaradılması üzrə” altqrupun görüşü baş tutub
“Kommunal xidmətlər (elektrik)” indikatoru ilə bağlı 2025-ci il üzrə Yol Xəritəsi təsdiq edilib
Türkiyə ilə inteqrasiya edilmiş sərhəd məntəqəsinin yaradılması imkanları təhlil ediləcək
Tullantı sularının təkrar istifadəsi ilə bağlı qaydalar təsdiq ediləcək
"Qaçqınkom"un heç bir quruma kommunal xidmətlərə görə borcu yoxdur" - RƏSMİ

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər