Rafiq Verdiyev: “Azərbaycanda su diplomatiyası yaradılmalıdır”
Azərbaycanda su diplomatiyasının yaradılması vacibdir.
“Sizinxeber.az” xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji siyasət şöbəsinin müdir müavini Rafiq Verdiyev "Su və gender bərabərliyi" mövzusunda keçirilən konfransda deyib.
Onun sözlərinə görə, Azərbaycanda yeraltı su ehtiyatları vacib resurslar kimi tanınır: “Lakin bu ehtiyatlardan istifadənin davamlılığı və yenidən yerinə qaytarılması ilə bağlı problemlər mövcuddur. Beləliklə, su diplomatiyasının yaradılması ölkənin su resurslarının səmərəli və davamlı idarə olunması üçün əhəmiyyətlidir”.
O qeyd edib ki, yeraltı su ehtiyatları hər zaman istifadə üçün əlçatan olmalıdır: “Lakin bu ehtiyatlardan istifadə zamanı onların bərpası məsələləri də nəzərə alınmalıdır. Azərbaycanda bu ehtiyatların yerinə qaytarılaraq gələcəkdə də istifadə olunması üçün mexanizmlər yoxdur. Bu da su resurslarının idarə edilməsinin daha səmərəli və davamlı olmasını təmin etmək üçün su diplomatiyasının yaradılmasının vacibliyini göstərir".
Oxşar xəbərlər
Gələcəkdə iqlim ssenarilərindən asılı olaraq Xəzərin 8-10 metr düşməsi proqnozlaşdırılır
Azərbaycanda "Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya" təsdiqlənəcək
Azərbaycanda su ehtiyatlarının uçotu Qarabağdan başlayacaq
Bahar Muradova qadınların su resurslarının idarəçiliyinə cəlb olunmasını təklif edib
ETSN: Azərbaycanın su resursları əsrin sonuna 40-50 % azala bilər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əli Kərimlinin həbsi: AXCP bağlana bilər? - Cəlaloğlu
-
Azərbaycanda hərbi xidmətə çağırışla bağlı YENİLİK
-
Novruz, Ramazan və Qurban bayramları günləri müəyyən edildi
-
Borcu olan şirkət nizamnamə kapitalını azaltdı
-
Bakı Metropolitenində işçilərin ixtisarına başlanılıb?
-
Maliyyə naziri: “Gələn il qeyri-neft-qaz sektorunda ciddi vergi artımı yoxdur”












