Azərbaycanda dəniz nəqliyyatı ilə sərnişin və yük daşımaları kəskin artıb
sizinxeber.az xəbər saytı

Azərbaycanda dəniz nəqliyyatı ilə sərnişin və yük daşımaları kəskin artıb


Bu ilin yanvar ayında Azərbaycanda dəniz nəqliyyatı ilə 2025-ci ilin yanvar ayında daşınmış yüklərin həcmi 824,1 min ton təşkil edib və əvvəlki ilin yanvar ayına nisbətən 31,2% artıb.

Bu barədə "Sizinxeber.az-Economics" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, hesabat dövründə daşınan yüklərin 43,5%-ni neft yükləri təşkil edib.

Qeyd olunur ki, yanvar ayında dəniz limanları tərəfindən 1471,4 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilib və yüklərin 1137,9 min tonunu və ya 77,3%-ni tranzit yüklər təşkil edib.

“2025-ci il fevral ayının 1-i vəziyyətinə limanlarda qalan yüklərin həcmi 53,6 min ton olub”, - məlumatda qeyd olunur.

Bildirilir ki, hesabat dövrü ərzində bu nəqliyyat növü ilə daşınmış sərnişinlərin sayı 2024-cü ilin yanvar ayına nisbətən 42,1 faiz artaraq 2,7 min nəfər olub.

Xatırladaq ki, ötən il Azərbaycanda dəniz nəqliyyatı ilə 2024-cü ildə daşınmış yüklərin həcmi 8 621,4 min ton təşkil edib və əvvəlki ilə nisbətən 4,3% azalıb. Hesabat dövründə daşınmış yüklərin 48,9%-ni neft yükləri təşkil edib.

Oxşar xəbərlər

Dənizlə bu il daşınan yüklərin 48%-dən çoxu neftin payına düşüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda dənizlə daşınan yüklərin təxminən 48%-i neftin payına düşüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda ötən il dəniz nəqliyyatı ilə daşınan yüklərin 49%-i neftin payına düşüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda dəniz ilə daşınan yüklərin 48%-i neftin payına düşüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda dəniz ilə daşınan yüklərin çoxu neftin payına düşüb [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər