Azərbaycanda ötən il dəniz nəqliyyatı ilə daşınan yüklərin 49%-i neftin payına düşüb
sizinxeber.az xəbər saytı

Azərbaycanda ötən il dəniz nəqliyyatı ilə daşınan yüklərin 49%-i neftin payına düşüb


Azərbaycanda dəniz nəqliyyatı ilə 2024-cü ildə daşınmış yüklərin həcmi 8 621,4 min ton təşkil edib və əvvəlki ilə nisbətən 4,3% azalıb.

Dövlət Statistika Komitəsindən “Sizinxeber.az-Economics”ə verilən məlumata görə, hesabat dövründə daşınmış yüklərin 48,9%-ni neft yükləri təşkil edib.

“Dəniz limanları tərəfindən 14 051,7 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilib və yüklərin 11 315,8 min tonunu və ya 80,5 faizini tranzit yüklər təşkil edib. 2025-ci il yanvar ayının 1-i vəziyyətinə limanlarda qalan yüklərin həcmi 653 min ton olub”, - məlumatda qeyd olunur.

Bildirilir ki, dövr ərzində bu nəqliyyat növü ilə daşınmış sərnişinlərin sayı 2023-cü ilə nisbətən 19,8% artaraq 28,4 min nəfər olub.

Oxşar xəbərlər

Dənizlə bu il daşınan yüklərin 48%-dən çoxu neftin payına düşüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda dənizlə daşınan yüklərin təxminən 48%-i neftin payına düşüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda dəniz ilə daşınan yüklərin 48%-i neftin payına düşüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda dəniz ilə daşınan yüklərin çoxu neftin payına düşüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda dəniz nəqliyyatı ilə sərnişindaşımanın həcmi artıb [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər