ASCO-nun yükdaşıma göstəricilərində yanvarda artım qeydə alınıb
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) gəmiləri ilə bu ilin yanvar ayı üzrə yükdaşıma göstəricilərində artım qeydə alınıb.
“Sizinxeber.az” ASCO-ya istinadən xəbər verir ki, statistika ötən ilin eyni dövrü ilə müqayisədə bütün seqmentlərdə yüksəlişi nümayiş etdirir.
Bu ilin ilk ayında ən böyük artım quru yük daşımalarında qeydə alınıb. 2024-cü ilin yanvarında 60 196 ton quru yük daşınmışdısa, bu göstərici 2025-ci ilin eyni ayında 180 506 tona yüksəlib, yəni 3 dəfə artım baş verib.
Tanker daşımalarında da müsbət dinamika müşahidə olunub. Ötən ilin yanvarında 328 533 ton yük daşınmışdısa, cari ilin eyni dövründə bu rəqəm 359 362 tona çatıb ki, bu da illik müqayisədə 9,4 % artıma bərabərdir.
Vaqon daşımalarında isə 2,76 %-lik artım baş verib. 2024-cü ilin yanvarında 2 688 vaqon, 2025-ci ilin eyni ayında 2 762 vaqon daşınıb.
Yanvarda TIR daşımalarında da nəzərəçarpacaq artım qeydə alınıb. 2024-cü ilin ilk ayında 2 980 TIR daşınmışdısa, 2025-ci ilin yanvarında bu rəqəm 4 139-a çatıb ki, nəticədə 38,9 %-lik artım qeydə alınıb.
Oxşar xəbərlər
Cari ilin altı ayında Almaniyaya qanunsuz girişlər 6,6 % azalıb
İmişlidə bir sıra sahələrdə artım qeydə alınıb
Biləsuvarda bir sıra sahələrdə artım qeydə alınıb
Cəlilabadda bir sıra sahələrdə artım qeydə alınıb
ASCO ötən il gəmilərlə daşınan yüklərin həcmini açıqlayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əli Kərimlinin həbsi: AXCP bağlana bilər? - Cəlaloğlu
-
"İstədiyini et – bütün qanun bundan ibarətdir..." - Dünyanın ən qalmaqallı okkultist yazıçısı
-
Əli Kərimli tibbi müayinədən keçirilib - Təkadamlıq kamerada saxlanılır
-
Prezident: Azərbaycan Laos ilə əməkdaşlığın yeni məzmunla zənginləşməsinə xüsusi önəm verir
-
Novruz, Ramazan və Qurban bayramları günləri müəyyən edildi
-
"Avant Qrup" MTK-ya məxsus binada ev sahibi olan sakinlər 3 ildir ƏDV-lərini geri ala bilmirlər ŞİKAYƏT












