Norm şirkəti tərəfindən beton zavodlarının inşasına başlanılıb - FOTO
sizinxeber.az xəbər saytı

Norm şirkəti tərəfindən beton zavodlarının inşasına başlanılıb - FOTO


Balaxanı qəsəbəsində “Norm” ASC-yə məxsus 2 yeni beton zavodunun təməli qoyulub. Zavodlar 2025-ci ilin aprel ayından istehsala başlayacaq. Hər birinin istehsal gücü saatda 120m3 beton təşkil edən bu zavodlar müasir texnika və avadanlıqla təchiz edilib və burada ən son texnologiyalarla əmtəə betonunun istehsalı nəzərdə tutulur. Şirkət tərəfindən üçüncü beton zavodunun Qarabağ bölgəsində inşası həyata keçiriləcək. Bu zavodun da istehsal gücü saatda 120 m3 beton təşkil edəcək. Müəssisələrdə 80-ə yaxın işçi fəaliyyət göstərəcək. Beton zavodlarının işə düşməsi inşaat şirkətlərinə bir çox mühüm dövlət satınalmaları vasitəsilə həyata keçirilən, eləcə də özəl inşaat layihələrində beton tələbatının vaxtında və səmərəli qarşılanması üçün stabil təchizat imkanı təqdim edəcək.

Norm Beton zavodlarında betonun təkrar edilməsi üçün xüsusi avadanlıq quraşdırılacaq. Bu avadanlıq vasitəsilə istehsal prosesində, betondaşıyan maşınların yuyulması zamanı, eləcə də tikinti sahəsində artıq qalan betonu xüsusi mexanizmlə təkrar emal etmək və tərkibindəki komponentləri beton istehsalında yenidən istifadə etmək mümkün olacaq. Bu da öz növbəsində, resursların səmərəli istifadə olunmasına və ətraf mühitə təsirin minimuma endirilməsinə şərait yaradacaq.

Qeyd edək ki, sənaye sahəsində ölkənin böyük istehsal müəssisəsi olaraq, bazara daxil olduğu vaxtdan etibarən “Norm” ASC-nin kommersiya strategiyasının əsasında inşaat sektorunda yeni biznes subyektlərinin yaradılması, inkişaf etdirilməsi və inşaat sənayesi üçün təhlükəsiz materialların istehsalı dayanırdı. Yüksək standartlarla sement istehsalından sonra eyni yanaşma ilə əmtəə betonu istehsalında da fəaliyyətə başlamağı şirkətə inşaat işlərinin keyfiyyətinə nəzarət etmək imkanı yaradacaq.

“Norm” ASC 10-dan çox ölkədə enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən beynəlxalq şirkətlər qrupu olan NEQSOL Holding-in tərkibinə daxildir.

Oxşar xəbərlər

Üzərinə beton düşən Ucar rayon sakini vəfat edib
Şəmkirdə yük avtomobili beton arakəsməyə çırpılıb
Ağdamda Elektrik paylayıcı avadanlıqların, elektrik yuvalarının və beton yarımstansiyalarının istehsalı zavodu açılıb
Gəncədə beton hasara çırpılan avtomobil yanıb, xəsarət alan var - FOTO
Göyçayda başına beton düşən kişi ölüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle