"Bakı Metropoliteni"nə yeni department rəhbəri təyin edilib
"Bakı Metropoliteni" QSC-nin Strateji inkişaf departamentinin rəisi vəzifəsinə təyinat olub.
Qurumdan "Sizinxeber.az-Economics"ə verilən məlumata görə, bu vəzifə Nərgiz Mustafayevaya həvalə edilib.
N.Mustafayeva əmək fəaliyyətinə 2002-ci ildə “Əsrin müqaviləsi” çərçivəsində “Azəri-Çıraq-Günəşli” layihəsi üzrə Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətində başlayıb. 2006-ci ildən etibarən BP şirkətində “Ekologiya və ətraf mühitin mühafizəsi” üzrə müşavir vəzifəsini icra edib. Ətraf mühitə təsirin analitik qiymətləndirilməsi, bu istiqamətdə bir sıra iri layihələrin idarə edilməsində qrup rəhbəri vəzifələrində çalışıb. 2012-ci ildən etibarən Azərbaycan, Gürcüstan və Türkiyə regionunun “Komplyans , Maraqların qorunması ve Ekoloji hüquqi normalar” üzrə şöbə müdiri vəzifəsini icra edib. 2018-ci ildən BP şirkətinin “Hasilat, Quyuqazma, Təhlükəsizlik və Əməliyyat riskləri üzrə Modernizasiya və Transformasiya müşaviri” vəzifəsində əmək fəaliyyətinə davam edərək BP şirkətinin strateji inkişaf və transformasiya istiqamətlərini idarə edib. 2019-cu ildən Orta Şərq, Afrika, Asiya və Avstraliya üzrə Agility (Çeviklik) departamentinin regional rəhbəri vəzifəsini daşıyıb.
Oxşar xəbərlər
“AzerGold” QSC ekoloji sahədə “2024-cü ilin ən yaxşı tərəfdaşı” nominasiyası üzrə təltif edilib
“Aqrar Tədarük Təchizat” ASC-ə yeni sədr təyin edilib
Təhsil İnstitutunda yeni təyinatlar olub
İraq Kürdüstan Regionunun başçısı Neçirvan Bərzani COP29-a dəvət edilib
Rəqəmsal inkişaf və nəqliyyat nazirinə yeni müşavir təyin edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əli Kərimlinin həbsi: AXCP bağlana bilər? - Cəlaloğlu
-
"İstədiyini et – bütün qanun bundan ibarətdir..." - Dünyanın ən qalmaqallı okkultist yazıçısı
-
Əli Kərimli tibbi müayinədən keçirilib - Təkadamlıq kamerada saxlanılır
-
Prezident: Azərbaycan Laos ilə əməkdaşlığın yeni məzmunla zənginləşməsinə xüsusi önəm verir
-
Novruz, Ramazan və Qurban bayramları günləri müəyyən edildi
-
"Avant Qrup" MTK-ya məxsus binada ev sahibi olan sakinlər 3 ildir ƏDV-lərini geri ala bilmirlər ŞİKAYƏT












