2030-cu ilədək ADY 20 ədəd sərnişin qatarı alacaq
Bakı şəhərində və ətraf ərazilərdə dəmiryol nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi çərçivəsində 2025−2030-cu illərdə 20 ədəd sərnişin qatarının alınması nəzərdə tutulur.
"Report" xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq olunmuş Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramında deyilir.
Buraya satınalmaya dair şərtlər toplusunun hazırlanması, satınalmanın keçirilməsi və təchizatçı ilə müqavilənin imzalanması, hər biri 10 ədəd olmaqla mərhələli şəkildə sərnişin qatarlarının istismara verilməsi daxildir.
Ötən dövr ərzində dəmir yolunda gündəlik ötürücülük qabiliyyətinin və reys saylarının artırılması çərçivəsində 10 ədəd əlavə sərnişin qatarı Bakıya artıq gətirilib və beləliklə, ümumi qatar sayı 20-yə çatdırılıb. Gətirilən qatarların 4-ü Abşeron dairəvi dəmir yolu xəttinə daxil edilmək üçün nəzərdə tutulub.
“Azərbaycan Dəmir Yolları” QSC-nin sərnişindaşıma strategiyasına uyğun olaraq, Bakı–Ağstafa–Bakı marşrutu üzrə reyslərin sayı yeni qatarların istismara verilməsi ilə 2-dən 4-ə çatdırılıb.
Oxşar xəbərlər
Bakı metrosunda 51 yeni stansiyanın inşası planlaşdırılır [xfgiven_updateblue][/xfgiven_updateblue]
H.Z.Tağıyev−Salyan avtomagistralı tikiləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakı dairəvi−1 avtomobil yolu ilə Ziya Bünyadov prospektini əlaqələndiriləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakı və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı təsdiq edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
“Sea Breeze”dən Pirşağıya tramvay xəttinin çəkiləcəyi vaxt açıqlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












