Bakının mərkəzində tıxacın qarşısının alınmasına dair hazırlanan plan açıqlanıb
sizinxeber.az xəbər saytı

Bakının mərkəzində tıxacın qarşısının alınmasına dair hazırlanan plan açıqlanıb


“Bütün bu işlərin görülməsi sayəsində ilkin müsbət nəticələr əldə edilmişdir”.

Sizinxeber.az xəbər verir ki, bunu nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədə Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev deyib.

Sədr qeyd edib ki, lakin vətəndaşların mobilliyə olan tələbatının ödənilməsi üçün bütün nəqliyyat vasitələrinin birlikdə fəaliyyətini nəzərə alan yekdil planın hazırlanmasına zərurət var idi: “Sizin göstərişinizlə bu istiqamətdə işlər aparıldı və əvvəlcə şəhərə daxil olan bütün axınlar qiymətləndirildi. Bəlli oldu ki, gün ərzində 630 mindən çox sərnişin-vətəndaş Bakı şəhərinin mərkəzinə doğru yönəlir. Həmin vətəndaşlar təxminən 300 min avtomobillə şəhərin mərkəzinə doğru hərəkət edirlər. İstiqamətləri də bəlli oldu. Xüsusən də Sumqayıt-Xırdalan istiqaməti burada böyük paya malikdir. Digər istiqamətlər isə Bakı şəhərinin ətrafıdır. Buradan çıxış edərək vahid, əlaqələndirilmiş, inteqrasiya edilmiş nəqliyyat planı hazırlandı və onun istiqamətlərini diqqətinizə məruzə edirəm. Burada iki əsas istiqamət var. Birinci istiqamət yol-infrastruktur layihələrinin həyata keçirilməsidir. 50 yol-infrastruktur layihəsi var idi. Bunlar rəqəmsal əkizdə simulyasiya edildi və ən optimal, ən səmərəli 9 layihə prioritet siyahısına alınaraq, diqqətinizə məruzə edilmişdir. Bu layihələr üç dairəvi yola aiddir: Bilgəh-Novxanı-Xırdalan-Şamaxı avtomobil yolu, Sabunçu-Sulutəpə avtomobil yolu və birinci dairəvi yolu Ziya Bünyadov prospektinə birləşdirən dairəvi yoldur. Dairəvi yolların inşası nəticəsində şəhər mərkəzinin əsas arteriyalarının axınlarının bir hissəsi bu yollara keçid edəcək ki, şəhərin mərkəzində boşalma baş versin. Altı digər layihə də şəhər daxilində olan dar boğazların həll olunmasına yönəlmişdir ki, burada nəqliyyat vasitələrinin hərəkəti müəyyən qədər rəvanlaşsın”.

Oxşar xəbərlər

Agentlik sədri: Bakı şəhərinə 2800 avtobus lazımdır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Anar Rzayev: Məqsədimiz Bakının mərkəzində fərdi nəqliyyat vasitələrinin sayını azaltmaqdır [xfgiven_updateblue][/xfgiven_updateblue]
AYNA sədri: Ziya Bünyadov prospekti genişləndiriləcək, Xırdalana yeni yollar açılacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Yeni Suraxanıdan Heydər Əliyev Beynəlxalq Aeroportuna dəmir yolu xəttinin çəkilməsi nəzərdə tutulub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Mehdiabad-Binəqədi ilə “28 May” metrostansiyasını əlaqələndirən tramvay xətti çəkiləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər