Heydər Əliyev Beynəlxalq Aeroportunda sərnişin dövriyyəsi 26 % artıb
Heydər Əliyev Beynəlxalq Aeroportu bu ilin noyabrında 595 min sərnişinə xidmət göstərib.
Aeroportdan “Sizinxeber.az”a verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 26 % çoxdur.
Məlumata görə, beynəlxalq istiqamətlər üzrə daşınan sərnişinlərin sayı 549 min nəfərə çatıb ki, bunun 51 %-i xarici aviaşirkətlərin, qalan hissəsi isə milli aviadaşıyıcının payına düşüb. Ən çox sərnişin daşınan istiqamətlər İstanbul, Moskva, Dubay, Tbilisi, Əbu-Dabi və Ankara olub, bu marşrutlar üzrə ümumi sərnişin sayı 269 min nəfərdən çoxdur.
Bakı-Naxçıvan-Bakı marşrutu üzrə 49 610 sərnişinə xidmət göstərilib. Bu istiqamətdə uçuşların sayı ötən ilin eyni dövrü ilə müqayisədə 15 %-lik artım (520 uçuş) nümayiş etdirib, lakin sərnişinlərin sayında 10%-lik azalma müşahidə olunub.
Tranzit sərnişinlərin sayı isə ötən ilin noyabr ayı ilə müqayisədə 55 % artaraq 21 674 nəfərə çatıb. Bu göstəricilər Heydər Əliyev Beynəlxalq Aeroportunun qlobal tranzit mərkəzi statusunu daha da möhkəmləndirdiyini təsdiqləyir.
Bakı aeroportu, sərnişinlərə yüksək xidmət keyfiyyəti təqdim edərək və beynəlxalq hava nəqliyyatında müasir standartlara uyğunlaşaraq, regionun dinamik və etibarlı nəqliyyat mərkəzlərindən biri kimi fəaliyyətini davam etdirir.
Oxşar xəbərlər
Heydər Əliyev Beynəlxalq Aeroportundan istifadə edən sərnişinlərin sayı 36 % artıb
Heydər Əliyev Beynəlxalq Aeroportu: 2024-cü ilin noyabrında sərnişin axını 26% artıb
Heydər Əliyev Beynəlxalq Aeroportunda tranizt daşımaları 137 % artıb
Bakı hava limanı bu il 4 milyondan çox sərnişinə xidmət göstərib
Heydər Əliyev Beynəlxalq Aeroportunda tranzit daşımaları 2 dəfədən çox artıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əli Kərimlinin həbsi: AXCP bağlana bilər? - Cəlaloğlu
-
"İstədiyini et – bütün qanun bundan ibarətdir..." - Dünyanın ən qalmaqallı okkultist yazıçısı
-
Əli Kərimli tibbi müayinədən keçirilib - Təkadamlıq kamerada saxlanılır
-
Prezident: Azərbaycan Laos ilə əməkdaşlığın yeni məzmunla zənginləşməsinə xüsusi önəm verir
-
Novruz, Ramazan və Qurban bayramları günləri müəyyən edildi
-
"Avant Qrup" MTK-ya məxsus binada ev sahibi olan sakinlər 3 ildir ƏDV-lərini geri ala bilmirlər ŞİKAYƏT












