“BakuBus” Bərdə, Mingəçevir, Tərtər, Zaqatala və "Sınıq Körpü"yə sərnişin daşımağa başlayır
sizinxeber.az xəbər saytı

“BakuBus” Bərdə, Mingəçevir, Tərtər, Zaqatala və "Sınıq Körpü"yə sərnişin daşımağa başlayır


Bakı-Bərdə, Bakı-Mingəçevir, Bakı-Tərtər, Bakı-Zaqatala və Bakı-"Sınıq Körpü" (Qazax sərhəd-keçid məntəqəsi) şəhərlərarası marşrut xətləri üzrə səfərlər dekabrın 1-dən “BakuBus” MMC-nin “Neoplan” markalı avtobusları ilə həyata keçiriləcək.

Bu barədə “Sizinxeber.az” Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.

Məlumata görə, avtobuslar Bakı Beynəlxalq Avtovağzal Kompleksindən yola düşəcək.

Qeyd edək ki, şəhərlərarası sərnişindaşıma xidməti göstərən avtobus parkının yenilənməsi, ictimai nəqliyyatın əlçatanlığının təmin olunması AYNA tərəfindən daim diqqətdə saxlanılır. Mütəmadi olaraq respublika üzrə avtobus parkının təhlili aparılır. Müntəzəm avtobus marşrutları mərhələli qaydada müsabiqəyə təqdim olunur. Müsabiqədə balanslarında müasir və daha yeni avtobusları olan daşıyıcılar qalib gələrək xətlərin istismarını həyata keçirirlər.

Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılmasıdır.

Oxşar xəbərlər

"BakuBus" Zaqatala və Mingəçevirə sərnişin daşıyacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda daha bir neçə avtobus marşrutu müsabiqəyə çıxarılır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda bir neçə şəhərlərarası və şəhərətrafı müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakı-Gəncə istiqamətində yeni avtobuslar xidmətə başlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
AYNA: Bir neçə avtobus marşrutu üzrə müsabiqənin qalibləri müəyyən edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər