Azərbaycan və Misir şəhərsalma sahəsində əməkdaşlığı müzakirə edib
sizinxeber.az xəbər saytı

Azərbaycan və Misir şəhərsalma sahəsində əməkdaşlığı müzakirə edib


Azərbaycan və Misir arasında dayanıqlı şəhərsalma və infrastruktur sahələrində əməkdaşlığın perspektivləri müzakirə edilib.

"Sizinxeber.az" xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev "X" sosial şəbəkəsindəki hesabında bildirib.

Onun sözlərinə görə, müzakirələr 12-ci ÜmumdünyaŞəhərsalmaForumu (WUF12) çərçivəsində Misirin Mənzil, kommunal və şəhər icma işləri naziri Şərif El Şerbini ilə görüş çərçivəsində baş tutub.

"Şəhərsalma sahəsində ən mötəbər və genişmiqyaslı iştirakçılığa malik olan WUF12-nin uğurlu təşkili münasibətilə təbriklərimizi çatdıraraq, 2026-cı ildə Bakıda baş tutacaq WUF13-ün hazırlıqlarında Azərbaycanın Misirin təcrübəsindən geniş faydalanacağına əminliyimizi bildirdik", - deyə sədr qeyd edib.

Oxşar xəbərlər

Azərbaycan və Misir şəhərsalma sahəsində əməkdaşlığı artırmaq istəyir
Bakıda keçiriləcək Dünya Şəhərsalma Forumunun tarixləri dəqiqləşib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər