sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Metrodan istifadə edənlərin sayı 7%-dən çox artıb
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda metro nəqliyyatı (Bakı metropoliteni – red.) ilə 168 300,7 min sərnişin daşınıb, bu da illik müqayisədə 7,3% çoxdur.
Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, ötən ilin müvafiq dövründə qeyd olunan göstərici 156 790,4 min nəfər təşkil edib.
Xatırladaq ki, Bakıda metropolitendə xətlərin uzunluğu 40,7 kilometrə, sayı 3-ə, stansiyalarının sayı isə 27-ə bərabərdir. Hazırda Bakı metropolitenində konseptual inkişaf proqramına uyğun olaraq, tikinti işləri davam etdirilir. Dövlət Proqramına əsasən, 2030-cu ildə paytaxtın yeraltı yollarının ümumi uzunluğu 119,1 km, stansiyalarının sayı isə 76-ya çatacaq.
Oxşar xəbərlər
Bakı metropolitenindən istifadə edənlərin sayı 5%-dək artıb
Bakı metropoliteninin sərnişin daşımalarından gəlirləri 9% artıb
Azərbaycanda metrodan istifadə edən sərnişinlərin sayı 5 %-dən çox artıb
Azərbaycanda taksi istifadəçilərinin sayı artıb
Azərbaycanda avtomobil nəqliyyatı ilə daşımalardan gəlirlər artıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













