Bakı metropoliteninin sərnişin daşımalarından gəlirləri 9% artıb
Bu ilin yanvar-iyun aylarında Azərbaycanda metro nəqliyyatı (Bakı metropoliteni – red.) ilə sərnişin daşımalarından əldə olunan gəlir 44 053,4 min manat olub, bu da illik müqayisədə 9% çoxdur.
Dövlət Statistika Komitəsindən "Sizinxeber.az-Economics"ə verilən məlumata görə, ötən ilin müvafiq dövründə qeyd olunan göstərici 40 425,6 min manat təşkil edib.
Qeyd edək ki, bu ilin yanvar-iyun aylarında Bakı metropoliteni vasitə ilə 113 195,2 min sərnişin daşınıb, bu da illik müqayisədə 4,1% artım deməkdir.
Xatırladaq ki, Bakıda metropolitendə xətlərin uzunluğu 40,7 kilometrə, sayı 3-ə, stansiyalarının sayı isə 27-ə bərabərdir. Hazırda Bakı metropolitenində konseptual inkişaf proqramına uyğun olaraq, tikinti işləri davam etdirilir. Dövlət Proqramına əsasən, 2030-cu ildə paytaxtın yeraltı yollarının ümumi uzunluğu 119,1 km, stansiyalarının sayı isə 76-ya çatacaq.
Oxşar xəbərlər
Bakı metropolitenindən istifadə edənlərin sayı 5%-dək artıb
Azərbaycanda taksi istifadəçilərinin sayı artıb
Azərbaycanın magistral neft kəmərlərindən gəlirləri artıb
Azərbaycanın magistral qaz kəmərlərindən əldə etdiyi gəlirlər artıb
Azərbaycanda neft kəmərlərində itkilərin həcmi açıqlanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













