AZAL Naxçıvan reyslərində onlayn qeydiyyat xidmətini təqdim edir
Milli aviadaşıyıcı - "Azərbaycan Hava Yolları" QSC (AZAL) Naxçıvan istiqamətində rəqəmsal həllərin tətbiqini davam etdirir.
"Sizinxeber.az" bu barədə AZAL-a istinadən xəbər verir.
Məlumata görə, aviaşirkət rəqəmsallaşmanı və şəffaflığı artırmaqla yanaşı, sözügedən marşrut üzrə sərnişinlərə göstərilən xidmət keyfiyyətini yüksəltmək məqsədilə reyslərə onlayn qeydiyyat xidmətini istifadəyə verir.
Yeni xidmət sərnişinlərə uçuşa 48 saat qalmış saytında və ya aviaşirkətin mobil tətbiqində onlayn şəkildə qeydiyyatdan keçmək imkanı yaradır.
AZAL-ın mobil tətbiqini linkindən yükləmək olar.
Onlayn qeydiyyat sərnişinlərə oturacaq yeri seçmək və uçuşa gecikmə riskini minimuma endirmək imkanı kimi bir sıra üstünlüklər təklif edir.
AZAL oktyabrın 1-dən etibarən Bakı-Naxçıvan-Bakı marşrutu üzrə onlayn alışı zamanı SİMA rəqəmsal imzanı tətbiq etməyə başlayıb. Bu yenilik də aviabiletlərin əldə edilməsi prosesinin rəqəmsallaşdırılması və şəffaflığın artırılması məqsədini daşıyır.
Oxşar xəbərlər
AZAL Naxçıvana onlayn aviabilet alışında “SİMA İmza”nı tətbiq etdi
AZAL Turizm işçiləri Günü münasibətilə beynəlxalq reyslərə 29 % endirim təklif edir
AZAL Naxçıvana onlayn aviabilet alışında “SİMA İmza”nı tətbiq edib
AZAL Naxçıvana aviabiletlərin onlayn alışında “SİMA İmza”nı tətbiq edir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp üzr istəsin, rəsmi danışıqlara qayıdaq - İrandan şərt
-
DÇ-2026: Uruqvay - Kabo Verde oyununda hesab yenidən bərabərləşib - YENİLƏNİR-6
-
DÇ-2026: Belçika - İran oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-2
-
"Axios" ABŞ və İran arasında İsveçrədə keçirilən danışıqların təfərrüatlarını açıqlayıb
-
Məhəmməd Salah Misir yığmasının yeni rekordçusu olub
-
Günəşdə güclü partlayış oldu
