Bakıda üç qəsəbədə su kəsiləcək
sizinxeber.az xəbər saytı

Bakıda üç qəsəbədə su kəsiləcək


Sabah Bakının Balaxanı, Sabunçu və Ramana qəsəbələrinin bir hissəsinə içməli suyun verilməsində fasilə yaranacaq.

Bu barədə "APA-Economics"ə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib.

Fasiləyə səbəb, su anbarından çıxan xəttin üzərinə sayğacın quraşdırılması səbəbilə saat 06:00-dan 20:00-a qədər təmir işlərinin aparılmasıdır.

İşlər yekunlaşdıqdan sonra suyun əvvəlki rejimlə verilməsi istiqamətində prosedurlara başlanılacaq.

Oxşar xəbərlər

Sabah Bakının 3 qəsəbəsində su kəsiləcək
Bakıxanov qəsəbəsinin bir hissəsində su olmayacaq
Oğuz-Qəbələ-Bakı su kəmərində qəza ilə bağlı Bakıya suyun verilməsində yenidən iki gün fasilə yaranacaq
Xətaidə suyun verilməsində iki gün fasilə yaranacaq
Təmir işləri ilə əlaqədar Bakının bir sıra yerlərində suyun verilməsində fasilə yaranacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər