Zərifə Əliyeva küçəsində zolaqlar standartlara uyğunlaşdırılaraq yenilənib
sizinxeber.az xəbər saytı

Zərifə Əliyeva küçəsində zolaqlar standartlara uyğunlaşdırılaraq yenilənib


Zərifə Əliyeva küçəsinin Kövkəb Səfərəliyeva küçəsi ilə kəsişməsindən Puşkin küçəsi ilə kəsişməsinədək olan hissəsində 2 hərəkət zolağı saxlanılaraq, ikitərəfli velosiped zolağı təşkil edilib.

"Sizinxeber.az-Economics" xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb.

Bildirilib ki, küçənin sağ tərəfində mövcud parklanma yerləri saxlanılıb. Eyni zamanda velosiped zolaqları təşkil edilən hissələrdə ciblər olan yerlərdə də parklanma yaradılıb. Sürücülər müəyyən edilmiş hissələrdən mikromobillik istifadəçilərinə mane olmamaq şərtilə parklanma yerlərinə daxil ola bilərlər.

Qeyd edək ki, belə həllər beynəlxalq təcrübədə də geniş yayılıb. Belə ki, Amerika Şəhər Nəqliyyat Peşəkarlarının Milli Assosiasiyası tərəfindən də velosiped zolaqlarının təşkili sahəsində həll yollu kimi tövsiyə edilir.

Oxşar xəbərlər

AYNA Xocalı prospektində narazılıq yaradan nişanlanma xətlərində dəyişiklik edib
AYNA: Yol hərəkətinin təşkilində innovativ yanaşma tətbiq edilir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər