Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə daha 300 ailə köçürüləcək
sizinxeber.az xəbər saytı

Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə daha 300 ailə köçürüləcək


Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə daha 300 ailənin köçürülməsi üçün hazırlıq işlərinə başlanılıb.

“Report” bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, Komitənin Repatriasiya Departamenti Şuşa şəhərinin Malıbəyli kəndinə 50, Xankəndi şəhərinin Kərkicahan qəsəbəsinə 50, Xocalı rayonuna 50, Kəlbəcər rayonuna isə 150 məcburi köçkün ailəsinin köçürülməsinə hazırlıq görür. Hazırda onlar Bakı, Sumqayıt, Abşeron və Gəncədə məskunlaşıb.

Oxşar xəbərlər

“Qaçqınkom”dan azad olunan ərazilərə köçürülən şəxslərlə bağlı iddialara CAVAB
Komitədə görüş: Xankəndiyə qayıdış...
Digər rayonların sakinləri Qarabağdan ev ala bilərmi? - RƏSMİ AÇIQLAMA
Laçında məskunlaşan daha 20 ailəyə açarlar verildi
Xocalı və Xankəndinin komendantlarının adı məlum oldu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər