Bakıda mərkəzi küçələrdən birində hərəkət məhdudlaşdırılacaq
sizinxeber.az xəbər saytı

Bakıda mərkəzi küçələrdən birində hərəkət məhdudlaşdırılacaq


Avqustun 13-də saat 08:00-dan etibarən Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsində (K.Səfərəliyeva küçəsindən Puşkin küçəsinədək) aparılacaq təmir işləri ilə əlaqədar avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

Bu barədə “Sizinxeber.az”a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.

Qeyd edək ki, növbəti mərhələdə təmir işləri Puşkin küçəsindən R.Behbudov küçəsinədək olan hissə üzrə aparılacaq.

Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan müddət ərzində hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur.

Oxşar xəbərlər

Bakının Əhməd Rəcəbli küçəsində hərəkət məhdudlaşdırılacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər