Bu gün Cəlilabadın 18 yaşayış məntəqəsində qaz kəsiləcək
sizinxeber.az xəbər saytı

Bu gün Cəlilabadın 18 yaşayış məntəqəsində qaz kəsiləcək


Bu gün Cəlilabad rayonunun 18 yaşayış məntəqəsində qaz kəsiləcək.

"Sizinxeber.az"un Muğan bürosunun məlumatına görə, rayon ərazisində yerləşən "Cəlilabad" qaz paylayıcı stansiyada sənaye xətti ilə əhali xətti arasında əlaqələndirici qaz xəttinin quraşdırılması məqsədilə Cəlilabad şəhəri, Uzuntəpə, Hasıllı, Hacıismayıllı, Seyidbazar, Fərzilli, Abdullu, Astanlı, Cəfərli, Zopun, Çinəxanlı, Həsənli, Suluçeşmə, Əliabad, Sərhədabad, Maşlıq, Muğan və Söyüdlü kəndləri olmaqla ümumilikdə 17 000 abonentin qaz təchizatının bu gün saat 09:00-dan işlər başa çatana qədər dayandırılması planlaşdırılır.

Qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamaq və təhlükəsizlik tədbirlərinə riayət etmək xahiş edilir.

Oxşar xəbərlər

Sabah Astaranın 3 yaşayış məntəqəsində qaz olmayacaq
İmişlinin 23 yaşayış məntəqəsində qaz olmayacaq
Sabah 23 yaşayış məntəqəsində qaz olmayacaq
Sabah Masallının dörd kəndində qazın verilişi dayandırılacaq
Masallıda 1800 abonent qazsız qalacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər