AZAL-ın donanmasına daha bir "Airbus A320neo" əlavə olunub
"Azərbaycan Hava Yolları" QSC (AZAL) donanmasını növbəti "Airbus A320neo" tipli müasir təyyarə ilə gücləndirib.
"Report" AZAL-a istinadən xəbər verir ki, yeni hava gəmisinin istismara verilməsi sərnişinlərə daha komfortlu səyahət imkanlarının təqdim olunmasına xidmət edir.
"Airbus A320neo" 6300 km-dək uçuş məsafəsinə malik olmaqla yanaşı, yeni nəsil mühərrikləri sayəsində yüksək yanacaq səmərəliliyi ilə seçilir. Bu modeldə hər oturacaq üzrə yanacaq sərfiyyatı və karbon emissiyaları təxminən 20% azaldılıb. Çevik və funksional "Airspace" kabini isə daha geniş şəxsi məkan, rahat oturacaqlar və böyüdülmüş əl yükü bölmələri ("XL bins") sayəsində sərnişinlər üçün daha yüksəksəviyyəli uçuş təcrübəsi yaradır. Bununla yanaşı, təyyarə əyləncə sistemi, biznes sinfində quraşdırılmış fərdi monitorlar və sürətli "Wi-Fi" xidməti ilə təchiz olunub. Biznes sinfi sərnişinləri və "AZAL Miles" proqramının müəyyən statuslu üzvləri "Wi-Fi" xidmətindən ödənişsiz yararlana biləcəklər.
AZAL-ın uzunmüddətli inkişaf strategiyasında donanmanın mərhələli şəkildə müasirləşdirilməsi və marşrut şəbəkəsinin genişləndirilməsi prioritet istiqamətlərdəndir. Bu çərçivədə yeni təyyarənin donanmaya daxil edilməsi əməliyyat xərclərinin optimallaşdırılması, ətraf mühitə təsirin azaldılması, xidmət keyfiyyətinin yüksəldilməsi və yeni istiqamətlər üzrə uçuş imkanlarının genişləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Sərnişin təcrübəsinin davamlı təkmilləşdirilməsini əsas prioritet müəyyən edən AZAL-ın donanmasında hazırda 25 təyyarə mövcuddur və 2032-ci ilə qədər bunun 50-dən çox olması hədəflənir. Bu yanaşma Azərbaycanın regional tranzit mərkəzi kimi mövqeyinin daha da möhkəmləndirilməsinə, həmçinin AZAL-ın ən müasir və enerji baxımından səmərəli təyyarə parklarına malik qabaqcıl aviaşirkətlər sırasında yer almasına xidmət edir.
Oxşar xəbərlər
AZAL “AerCap” şirkətindən 6 yeni A320neo və A321neo təyyarəsini əməliyyat lizinqinə götürür
AZAL “AerCap” şirkətindən 6 yeni “Airbus” təyyarəsini əməliyyat lizinqinə götürəcək
AZAL: "2032-ci ilə qədər aviaparka yeni “Airbus” və “Boeing” təyyarələri daxil olacaq"
S&P: 2050-ci ilə qədər ekoloji aviayanacağın töhfəsi qlobal həcmin 36 %-inə qədər artacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp üzr istəsin, rəsmi danışıqlara qayıdaq - İrandan şərt
-
Bakıda verilən suyun həcmi müvəqqəti azaldılıb
-
İran Livanda atəşkəs olmadan danışıqların növbəti mərhələsinə keçməyəcəyini bildirib
-
DÇ-2026: Uruqvay - Kabo Verde oyununda hesab yenidən bərabərləşib - YENİLƏNİR-6
-
DÇ-2026: Belçika - İran oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-2
-
"Fars": Qrossi İran-ABŞ danışıqlarında iştirak etmir
