ADY Sabunçuda yolun çökməsinə münasibət bildirib
sizinxeber.az xəbər saytı

ADY Sabunçuda yolun çökməsinə münasibət bildirib


"Azərbaycan Dəmir Yolları" QSC Bakının Sabunçu qəsəbəsində Abşeron dairəvi dəmir yolu xəttinin üzərində yerləşən və avtomobillərin maneəsiz hərəkəti üçün inşa edilmiş yeraltı yolda baş vermiş çökməyə münasibət bildirib.

Qurumdan "Sizinxeber.az"un sorğusuna cavab olaraq qeyd edilib ki, tuneldə yolun bir hissəsinin çökməsinə səbəb sonuncu güclü yağıntılar zamanı tunelin çıxışındakı kanalizasiya quyusunun daşması olub.

"Aidiyyəti qurumlarla birgə tunel ərazisində əsaslı təmir işləri aparıldıqdan sonra yolun bərpasına başlanılacaq", - məlumatda vurğulanıb.

Oxşar xəbərlər

Horadiz-Ağbənd dəmir yolu xəttinin tikintisi üzrə işlərin 57 %-i tamamlanıb
Horadiz-Ağbənd dəmir yolunun tikintisi üzrə işlərin 57%-i tamamlanıb
Horadiz-Ağbənd dəmir yolunun tikintisi üzrə işlərin 57%-i tamamlanıb - FOTO
Abşeron dairəvi dəmir yolu xəttində ləğv edilmiş reyslər bərpa olunur
Ağbənddə müstəqillik dövrünün ilk dəmir yolu qalereyası inşa edilir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər