Bu gün Maştağa və Ramanada işıq kəsiləcək
sizinxeber.az xəbər saytı

Bu gün Maştağa və Ramanada işıq kəsiləcək


Bu gün Maştağa Enerji Təchizatı və Satışı İdarəsinə (ETSİ) daxil olan ərazilərdə elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Bu barədə "Report"a "Azərişıq" ASC-dən məlumat verilib.

Bildirilib ki, Maştağa ETSİ-nin ərazisində 35/6 kV-luq 492 saylı yarımstansiyada yeni 16 MVA gücündə transformator dövrəyə qoşulacaq.

Məlumata görə, yenidənqurma işi ilə əlaqədar saat 12:00-dan 16:00-dək Maştağa, Ramana qəsəbələrinin və Savalan daş karxanası yaşayış ərazisinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Təmir və yenidənqurma işləri yekunlaşdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Oxşar xəbərlər

Maştağa və Ramana qəsəbələrində bu gün elektrik enerjisi olmayacaq
Biləcərinin bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Yeni Ramanada elektrik enerjisinin verilişində fasilə yaranacaq
Binəqədinin bəzi ərazilərində işıq olmayacaq
Biləcərinin bəzi ərazilərində işıq olmayacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər