ASCO-nun gəmiləri “Bakı Gəmiqayırma Zavodu”nun akvatoriyasında dibdərinləşdirmə işləri aparıb
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə (ASCO) məxsus gəmilər “Bakı Gəmiqayırma Zavodu” MMC-nin (BGZ) sifarişi əsasında zavodun akvatoriyası və giriş kanalında həyata keçirilən dibdərinləşdirmə işlərini başa çatdırıb.
“Sizinxeber.az” ASCO-ya istinadən xəbər verir ki, işlərə ASCO-nun “Mühəndis Balarza Məmmədov” torpaqqazan gəmisi, “Bakinskaya-3” və “Bakinskaya-5” torpaqdaşıyan gəmiləri, həmçinin “Abşeronskaya-5” yedək gəmisi cəlb olunub.
Layihə çərçivəsində 80 000 kvadratmetrlik sahədə 1 metr dərinliyə qədər qazma işləri aparılıb, ümumilikdə 79 000 kubmetr süxur çıxarılıb və dəniz dibində 9 metrə qədər dərinlik əldə olunub.
Təxminən üç ay davam edən layihə nəticəsində ərazidə gəmi hərəkəti üçün əlverişli hidrotexniki şərait formalaşıb. Bu isə gələcəkdə iriölçülü gəmilərin körpülərə təhlükəsiz və maneəsiz şəkildə yanalmasına şərait yaradacaq.
Oxşar xəbərlər
ASCO-nun “Sərsəng” yedək gəmisi istismara verilib
ASCO “Qarabağ” gəmisini rebredinq edib
ASCO-da 5 ildə 6 yeni gəmi istismara qəbul edilib
ASCO “Qarabağ” gəmisini rebrendinq edib
ASCO yük daşımalarıını 12 % artırıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İtkin şəhidimiz “Rəşadət” ordeni ilə təltif edildi - FOTO
-
FIFA Qətər millisinin futbolçusu Asim Madibonu 5 oyunluq cəzalandırıb
-
Rusiya ordusu Kiyevə ballistik raketlə hücum edib
-
Vens: ABŞ-la İran arasında birbaşa hərbi əlaqə kanalı yaradılacaq
-
Aşura günündə indiyədək 1140,3 litr qan toplanıb - YENİLƏNİB-3
-
AŞPA siyasi sifarişlərin həyata keçirildiyi məkana çevrilib - RƏY
