ADY: Bakı–Balakən qatarı 100 % doluluqla yola düşüb
sizinxeber.az xəbər saytı

ADY: Bakı–Balakən qatarı 100 % doluluqla yola düşüb


İyunun 25-də Bakı–Balakən qatarı 100 % doluluqla yola düşüb.

Bu barədə “Sizinxeber.az”a “Azərbaycan Dəmir Yolları” QSC-dən (ADY) məlumat verilib.

Bildirilib ki, ADY 26-29 iyun qeyri-iş günlərində gücləndirilmiş rejimdə fəaliyyətini davam etdirir: “Artan sərnişin tələbatı nəzərə alınaraq 25 iyunda Bakı–Balakən qatarına əlavə 8 vaqon qoşulub. Gecə qatarı ümumilikdə 13 vaqon olmaqla 100 % doluluqla yola düşüb.

Qeyd edək ki, həftəiçi Bakı–Balakən–Bakı qatarı bir istiqamət üzrə 5 vaqon olmaqla orta hesabla 110 sərnişinə xidmət edir.

Artan sərnişin tələbatı nəzərə alınaraq iyunun 26-29-da Bakı–Ağstafa–Bakı və Bakı–Qəbələ–Bakı xətləri üzrə də əlavə reyslər təyin edilib.

Oxşar xəbərlər

ADY bayram günlərində gücləndirilmiş rejimdə fəaliyyət göstərir
ADY bayram günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərir
ADY bayram günlərində qatarla səfər edən sərnişinlərin sayını açıqlayıb
Bayram günlərində qatarla səfər edən sərnişinlərin sayı açıqlanıb
ADY: Bakı-Balakən qatarı 100 faiz doluluqla hərəkət edir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər