ADY bayram günlərində qatarla səfər edən sərnişinlərin sayını açıqlayıb
sizinxeber.az xəbər saytı

ADY bayram günlərində qatarla səfər edən sərnişinlərin sayını açıqlayıb


Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) tərkibində fəaliyyət göstərən “Azərbaycan Dəmir Yolları” QSC-nin qatarları ilə Qurban bayramı günlərində - iyunun 6-9-da ümumilikdə 54 675 nəfər səyahət edib.

Bu barədə “Sizinxeber.az”a ADY-dən məlumat verilib.

Bildirilib ki, ADY Qurban bayramı günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərib: “İyunun 6-9-da Bakı–Ağstafa–Bakı marşrutu üzrə 7 əlavə reys, Bakı–Qəbələ–Bakı xətti üzrə 4 əlavə reys təyin olunub. Bakı–Balakən–Bakı marşrutu üzrə isə qatarlara tələbata uyğun olaraq əlavə vaqonlar qoşulub.

Məlumata görə, 5 iyunda Bakı–Balakən qatarına əlavə 8 vaqon qoşulub. Gecə qatarı ümumilikdə 13 vaqon olmaqla 100 % doluluqla (530 sərnişin) yola düşüb.

Qeyd edək ki, həftəiçi Bakı–Balakən–Bakı qatarı bir istiqamət üzrə 5 vaqon olmaqla orta hesabla 110 sərnişinə xidmət edir. Ümumilikdə Bakı–Balakən–Bakı istiqaməti üzrə 2 170 nəfər daşınıb.

İyunun 6-9-da Bakı–Ağstafa–Bakı xətti üzrə 5 814 nəfər səfər edib. Onlardan da 1 842 nəfər əlavə reyslə səyahət edib. Bakı–Qəbələ–Bakı xətti üzrə isə 1 330 nəfər səfər edib, onlardan da 577 nəfər əlavə reyslə səyahət edib.

İyunun 6-9-da Abşeron dairəvi dəmir yolu üzrə qatarlar şənbə və bazar günü qrafiki əsasında fəaliyyət göstərib. Bu marşrutla həmin tarixlərdə 45 361 nəfər daşınıb.

Oxşar xəbərlər

ADY bayram günlərində gücləndirilmiş rejimdə fəaliyyət göstərir
ADY bayram günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərir
“Azərbaycan Dəmir Yolları” bayram günlərində 74 min sərnişinə xidmət edib
ADY: Bakı-Balakən qatarı 100 faiz doluluqla hərəkət edir
ADY bayram günlərində 132 mindən çox sərnişinin səfərini təşkil edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər