ADY:  Bakı-Balakən qatarı 100 faiz doluluqla hərəkət edir
sizinxeber.az xəbər saytı

ADY: Bakı-Balakən qatarı 100 faiz doluluqla hərəkət edir


Ötən gün Bakı-Balakən qatarı 100 faiz doluluqla yola düşüb. Tələbata uyğun olaraq qatara daha bir vaqon əlavə edilib.


Bu barədə “APA-Economics”ə “Azərbaycan Dəmir Yolları” QSC-dən bildirilib.


Qeyd edilib ki, bazar günü Balakən-Bakı qatarlarında da yüksək doluluq qeydə alınır.


“Bu, sərnişinlərin xüsusilə həftəsonu səfərlər üçün Bakı-Balakən-Bakı marşrutu üzrə qatarlara üstünlük verdiyinin göstəricisidir. Sərnişinlərimiz yataq tipli gecə qatarları ilə rahat və təhlükəsiz səfər etməklə yanaşı, həm də gündüz saatlarına maksimum qənaət etməyi seçirlər” - ADY-dən əlavə edilib.


*ADY gecə qatarları ilə sizi səyahətdən həzz almağa və yeni yerlər kəşf etməyə dəvət edir.


*Növbəti səyahət planlarınızı indidən qurun və biletlərinizi əvvəlcədən təmin edin!


*Biletləri ADY-nin rəsmi saytından, “ADY Mobile” tətbiqindən və dəmiryol stansiyalarının kassalarından əldə edə bilərsiniz.

Oxşar xəbərlər

Bakı-Balakən-Bakı dəmir yolu marşrutu ilə gecə səfərlərinə start verilir
ADY bayram günlərində 74 min nəfərə yaxın sərnişinə xidmət göstərib
ADY bayram günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək
ADY: Bakı-Balakən qatarları 10 stansiya və dayanacaqda saxlayacaq  
ADY Bakı–Balakən–Bakı marşrutu üzrə sərnişindaşımanı bərpa edir - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər