“Azəristiliktəchizat”: Qeyri-qanuni tikinti səbəbindən qazanxananın köçürülməsi daha baha başa gələ bilər
“Azəristiliktəchizat” ASC-yə məxsus torpaq sahəsində qeyri-qanuni tikilən binaya görə qazanxananın sökülüb başqa yerə köçürülməsi qurum üçün daha baha başa gələ bilər.
“Sizinxeber.az” xəbər verir ki, bunu “Azəristiliktəchizat” ASC-nin sədri İlham Mirzəliyev Milli Məclisdə “İstilik təchizatı haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Pərvanə Vəliyevanın çıxışına cavab olaraq deyib.
İ. Mirzəliyevin sözlərinə görə, təəssüf ki, 2002-2012-ci illərdə Bakının Xətai rayonu, Polad Həşimov küçəsində yerləşən qazanxana fəaliyyət göstərməyib:
“Bu və digər səbəblərdən istifadə edərək bir vətəndaş dövlət torpağını - yəni “Azəristiliktəchizat” ASC-yə məxsus ərazini zəbt edərək orada qeyri-qanuni bina tikib”.
ASC-nin sədri bildirib ki, əsas məsələ həmin şəxsin de-fakto binanı inşa etməsidir: “Təbii ki, indi çıxış yolları axtarılmalıdır. Ola bilsin ki, qurum Xətai Rayon İcra Hakimiyyəti və digər aidiyyəti qurumlarla birgə bu fərdi yaşayış evinin taleyi ilə bağlı konkret təkliflər hazırlasın”.
Qeyd edək ki, deputat Pərvanə Vəliyeva Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxış edərkən bildirib ki, 2002-ci ildə, yəni qazanxana fəaliyyət göstərmədiyi dövrdə Polad Həşimov küçəsində dövlətə məxsus torpaq sahəsində fərdi yaşayış evi inşa olunub.
Onun sözlərinə görə, 2013-cü ildə qazanxananın fəaliyyəti bərpa edilib və ətrafdakı binaların istilik təchizatını həyata keçirməyə başlayıb:
“Həmin vaxt istilik tələbatını qarşılamaq üçün əlavə 4 ədəd suqızdırıcı qazan quraşdırılıb. Bu prosesdən sonra qazanxananın işə düşməsi nəticəsində evə ziyan dəyib. Evin damı qazanxananın damına söykənir, aralarında cəmi 40 sm məsafə var. Bu səbəbdən evin divarlarında çatlar əmələ gəlib və bu vəziyyət hər an bədbəxt hadisə ilə nəticələnə bilər”.
Deputat qeyd edib ki, Fövqəladə Hallar Nazirliyi müraciət əsasında evə baxış keçirib və qeyd olunan halları təsdiqləyib: “Əlbəttə, belə bir tikili “Azəristiliktəchizat”a məxsus ərazidə inşa olunmamalı idi. Paytaxtda bu kimi hallar az deyil, əsasən də xüsusi mühafizə zonaları üzrə meyarlar müəyyən edilməmişdən əvvəl tikilmiş yaşayış obyektləri arasında”.
Oxşar xəbərlər
“Azəristiliktəchizat”ın sədri: "İstilik mövsümü coğrafi iqlim xüsusiyyətlərinə uyğun tənzimlənəcək"
“Azəristiliktəchizat”: "Bakıda “Xruşovka” tipli binalarda istilik sisteminin bərpası texniki cəhətdən çətindir"
Bakıda magistral xəttin üstündə bina tikildi, istilik kəsildi
"Azəristiliktəchizat"a yeni səlahiyyət verilib
"Azəristiliktəchizat": "1 kv.m. sahənin qızdırılması üçün 140-150 kv/saat enerji sərf edilir”
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Gecikənlər DİM-in açıqlamasını yalanladı - İmtahan qalmaqalı
-
Anaklaudia Rossbax: Bakıdakı WUF13 UN-Habitat tarixində ən böyük forum olub
-
Pentaqon Aya uçan ilk astronavtlardan birinin UNO ilə bağlı ifadələrini yayıb - FOTO
-
Daha bir itkin-şəhid dəfn ediləcək
-
AZAL Naxçıvana uçuşları ləğv etdi - SƏBƏB?
-
Nazir: Qırğızıstan zəlzələyədavamlı tikinti sahəsində Bakının təcrübəsini öyrənməkdə maraqlıdır - EKSKLÜZİV
