“Brent” neftinin qiyməti 2 %-dən çox aşağı düşüb
Neft bazarında qiymətlərin aşağı düşməsi bazar ertəsi sürətlənib.
“Report” “İnterfaks”a istinadən xəbər verir ki, neft qiymətləri 2 %-dən çox aşağı düşüb.
Bakı vaxtı ilə saat 14:50-yə olan məlumata əsasən, Londonun “ICE Futures” birjasında “Brent” markalı neftin iyun fyuçerslərinin qiyməti 1 barel üçün 66,34 ABŞ dolları təşkil edib. Bu, əvvəlki ticarətin bağlanışından 1,62 ABŞ dolları (2,38 %) azdır.
Nyu-York Əmtəə Birjasında (NYMEX) isə WTI markalı neftin iyun fyuçerslərinin qiyməti bu vaxta qədər 1,59 ABŞ dolları (2,48 %) azalaraq 1 barel üçün 62,42 ABŞ dolları təşkil edib.
Ticarət müharibəsi nəticəsində dünya iqtisadiyyatının vəziyyətinin potensial pisləşməsi ilə bağlı treyderlər arasında narahatlıq bazara təzyiq göstərməyə davam edir.
Oxşar xəbərlər
“Brent” neftinin qiyməti son 4 ildə ilk dəfə 65 dollardan aşağı düşüb
“Brent” markalı neft ucuzlaşıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
Britaniyada iki qatar toqquşub, 89 nəfər yaralanıb
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
Konqoda eboladan ölənlərin sayı 245-ə çatıb
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
