Azərbaycan əhalisinin yanacaq xərcləri yanvarda 9 %-dən çox artıb
Bu ilin yanvar ayında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 271 milyon manatlıq avtomobil benzini və dizel yanacağı satılıb.
Bu barədə “Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Bu, 2024-cü ilin eyni ayı ilə müqayisədə 9,3 % çoxdur.
Ötən ay ərzində alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 5,6 %-i avtomobil benzini və dizel yanacağının alınmasına sərf olunub.
Xatırladaq ki, bu ilin yanvar ayında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 4,8 milyard manatlıq, o cümlədən 2,6 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 2,2 milyard manatlıq qeyri-ərzaq malları satılıb. 2024-cü ilin yanvar ayı ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,7 %, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,8 %, qeyri-ərzaq malları üzrə 6,1 % artıb.
Oxşar xəbərlər
Azərbaycan əhalisinin yanacaq xərcləri 7 %-dən çox artıb
Azərbaycan əhalisinin avtomobil yanacağı xərcləri 6 %-dən çox artıb
Azərbaycan əhalisinin yanacaq xərcləri 7 %-ə yaxın artıb
Azərbaycan əhalisinin avtomobil yanacağı xərcləri 7 %-ə yaxın artıb
Azərbaycanın pərakəndə ticarət dövriyyəsi 3,5 % artıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Rusiya ordusu Kiyevə ballistik raketlə hücum edib
-
Dünya Bankı Ukraynaya 3,4 milyard dollar ayıracaq
-
AŞPA siyasi sifarişlərin həyata keçirildiyi məkana çevrilib - RƏY
-
DÇ-2026: Kurasao - Fildişi Sahili oyununda ilk qol vurulub - YENİLƏNİR
-
Vinçentso Montella: "Bu qələbəni qazanmaq çox vacib idi"
-
DÇ-2026: Türkiyə ABŞ ilə matçda hfasiləyə öndə yollanıb - YENİLƏNİR-4
