Azərbaycan neftinin qiyməti 74 dollara yaxınlaşır » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
31 
okt
2024
09:30

Azərbaycan neftinin qiyməti 74 dollara yaxınlaşır

31 okt, 2024
09:30
865

Azərbaycan neftinin qiyməti 74 dollara yaxınlaşır

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,79 ABŞ dolları, yaxud 2,49 % artaraq 73,66 ABŞ dolları təşkil edib.

Bu barədə “Sizinxeber.az"a neft bazarındakı mənbə məlumat verib.

Hərracların nəticələrinə görə, “Brent” markalı neftin dekabr fyuçerslərinin qiyməti 73 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 75 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 25 %-dir.

Bizimlə əlaqə saxlayın