SOCAR Qarabağ və Şərqi Zəngəzurda görüləcək işləri açıqlayıb
sizinxeber.az xəbər saytı

SOCAR Qarabağ və Şərqi Zəngəzurda görüləcək işləri açıqlayıb


Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının karbon neytral zona kimi inkişaf etdirilməsi üçün hazırdır.

Bu barədə “Sizinxeber.az” SOCAR-ın 2023-cü il üzrə Davamlı inkişaf haqqında hesabatına istinadən xəbər verir.

Hesabata əsasən, şirkət bu çərçivədə emissiyaların azaldılması – enerji səməriliyinin artırılması, “CCU/CCUS” (Karbonun tutulması və istifadəsi/Karbonun tutulması, istifadəsi və saxlanması) və s. kimi imkanların tətbiqini nəzərdə tutur.

Bu ərazidə həmçinin elektrikli nəqliyyat vasitələri üçün infrastrukturun qurulması, yəni onlar üçün regional infrastrukturun qurulması da mümkündür.

SOCAR Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının karbon neytral zona kimi inkişaf etdirilməsi üçün qazı bərpa olunan enerji, H2, və digər "yaşıl enerji həlləri" ilə əvəz edəcək, həmçinin "yaşıl yanacaq" istehsalını artıracaq və ənənəvi karbohidrogen yanacağının bioqaz və biodizellə əvəz edilməsinə çalışacaq.

Oxşar xəbərlər

SOCAR-ın strukturunda “SOCAR Green” MMC şirkəti təsis edilib
SOCAR emissiyaların azaldılmasının əlavə yollarını araşdırır
Qarabağ və Şərqi Zəngəzurda 28 su elektrik stansiyası tikiləcək
Sahib Ələkbərov: "Yaşıl iqtisadiyyat" və kibertəhlükəsizlik məsələləri balanslaşdırılmalıdır"
BOEMDA: Azərbaycanda boz hidrogeni "yaşıl enerji mənbələri" ilə əvəz edilməsi planlaşdırılır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər