“Azneft” İB-in "28 May” Neft Qaz Çıxarma İdarəsində yanğın olub, ölən var
sizinxeber.az xəbər saytı

“Azneft” İB-in "28 May” Neft Qaz Çıxarma İdarəsində yanğın olub, ölən var


“Azneft” İstehsalat Birliyinin “28 May” NQÇİ-nin 4 saylı Dərin Dəniz Özülündə yanğın qeydə alınıb.

“Report” xəbər verir ki, hadisə yerinə dərhal yanğınsöndürən gəmilər cəlb edilib, qısa müddətdə alovun genişlənməsinin qarşısı alınıb və yanğın tam söndürülüb.

Hadisə nəticəsində 1960-cı il təvəllüdlü, "Azneft" İB-nin 1 saylı İxtisaslaşdırılmış Neft-Mədən xüsusi texnika İdarəsinin əməkdaşı İslamov Rafiq İsa oğlu həyatını itirib.

Hadisənin şəraiti qiymətləndirilərək aidiyyəti üzrə müvafiq tədbirlər görülür.

Oxşar xəbərlər

Yük maşını körpüdən dəmir yolu xəttinə aşıb, sürücü ölüb
Qubadlıda 20 hektar sahədə yanğın olub, alovun genişlənməsinin qarşısı alınıb - VİDEO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər