SOCAR I rübə dair qazma, hasilat, emal və ixrac göstəricilərini açıqlayıb
Bu ilin I rübündə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 13 min metrə yaxın qazma işləri həyata keçirib.
Bu barədə "Sizinxeber.az"a SOCAR-dan bildirilib.
Məlumata görə, hesabat dövründə şirkətin müstəqil şəkildə və ya əsas payçı qismində istismar etdiyi yataqlarda hesabat dövründə 1,67 milyon ton neft, həmçinin 1,85 milyard kubmetr qaz hasil olunub. Ölkə üzrə qaz hasilatı 0,4 % artaraq 12,64 milyard kubmetr təşkil edib. Ümumilikdə isə, rüb üzrə Azərbaycanda 6,63 milyon ton xam neft hasil olunub.
Hesabat dövründə SOCAR 3,52 milyon ton neft ixrac edib. Buraya şirkətin öz imkanları ilə çıxardığı neft həcmləri ilə birlikdə ölkəmizdə fəaliyyət göstərən beynəlxalq konsorsiumların hasil etdiyi neftin Azərbaycan dövlətinə və SOCAR-a məxsus mənfəət payları da daxildir. Ölkə üzrə təbii qaz istehlakı 4,76 milyard kubmetr, qaz ixracı isə 6,9 % artaraq 6,5 milyard kubmetr təşkil edib.
3 ayda SOCAR 1,45 milyon ton neft, 636 milyon kubmetr qaz emal edib. Neft emalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,7 % artıb. SOCAR-ın Azərbaycandakı müəssisələrində istehsal olunan 394 min tondan çox neft, neft-kimya və qaz-kimya məhsulları ixrac edilib.
Oxşar xəbərlər
SOCAR bu ilin II rübünün qazma, hasilat, emal və ixrac göstəricilərini açıqlayıb
Bu ilin III rübündə Azərbaycanda 7 milyon ton xam neft hasil olunub
SOCAR bu ilin ikinci rübü üzrə istehsalat göstəricilərini açıqlayıb
SOCAR II rübdə neft ixracını cüzi artırıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
FIFA Qətər millisinin futbolçusu Asim Madibonu 5 oyunluq cəzalandırıb
-
Rusiya ordusu Kiyevə ballistik raketlə hücum edib
-
Vens: ABŞ-la İran arasında birbaşa hərbi əlaqə kanalı yaradılacaq
-
AŞPA siyasi sifarişlərin həyata keçirildiyi məkana çevrilib - RƏY
-
Dünya Bankı Ukraynaya 3,4 milyard dollar ayıracaq
-
DÇ-2026: Kurasao - Fildişi Sahili oyununda ilk qol vurulub - YENİLƏNİR
