Dmitri Peskov: "Rusiya "OPEC+"dan çıxmağı planlaşdırmır"
Rusiya "OPEC+"dan çıxmağı nəzərdən keçirmir.
"Sizinxeber.az" Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında bu ölkənin Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
O qeyd edib ki, Rusiya BƏƏ-nin çıxmasından sonra "OPEC+" formatının qorunub saxlanılacağına ümid edir, çünki bu razılaşmalar bazarları sabitləşdirməyə imkan verir:
"Biz, əlbəttə ki, buna ümid edirik (BƏƏ-nin "OPEC+"dan çıxmasının saziş üçün son demək olmadığına - red.). Bu, enerji bazarlarının, yumşaq desək, təlatümlü olduğu indiki şəraitdə xüsusilə vacib olan mühüm iş istiqamətidir".
D.Peskov vurğulayıb ki, "OPEC+" formatı enerji bazarlarındakı dalğalanmaları əhəmiyyətli dərəcədə minimuma endirməyə və bu bazarları sabitləşdirməyə imkan verir.
Oxşar xəbərlər
Peskov: Rusiya-ABŞ-Ukrayna danışıqlarının növbəti raundunun keçiriləcəyinə ümid edirik
Qazaxıstanın Baş naziri: “OPEC+” sazişindən çıxmaq variantını nəzərdən keçirmirik"
Haysam əl-Qays daha üç il OPEC-in baş katibi olacaq
Peskov: Rusiya-ABŞ əlaqələri davam edəcək
Peskov: Putin və Tramp köməkçilərinə görüşlə bağlı hazırlığa dərhal başlamağı tapşırıblar
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Arzum" məhkəmə zalında həbs olundu
-
QDTİB-nin İllik Toplantısı çərçivəsində Biznes Forum keçirilir - FOTO
-
Saks: Orta Dəhliz İpək Yolunun müasir davamıdır
-
Prezident İlham Əliyev və Ursula fon der Lyayen mətbuata birgə bəyanatlarla çıxış ediblər - - FOTO - YENİLƏNİB-1
-
Fitso: Qərb faktiki olaraq Rusiya ilə müharibə vəziyyətindədir
-
DÇ-2026-nın oyunu zamanı meydana azarkeş daxil olub
