Qazaxıstanın Baş naziri: “OPEC+” sazişindən çıxmaq variantını nəzərdən keçirmirik"
Qazaxıstan “OPEC+” sazişindən çıxmaq variantını nəzərdən keçirmir.
“Sizinxeber.az”un Qazaxıstan bürosunun məlumatına görə, bu barədə bu gün Astanada keçirilən mətbuat konfransında Qazaxıstanın Baş naziri Oljas Bektenov bildirib.
"Dəqiqləşdirmək istəyirəm ki, Qazaxıstan OPEC-in üzvü deyil, “OPEC+” sazişinin iştirakçısıdır. “OPEC+” çərçivəsində Qazaxıstan öhdəliklərini maksimum yerinə yetirməyə çalışır. Lakin hazırkı dövrdə bu, hasilatın pay bölgüsü (PSA) sazişində nəzərdə tutulmuş “Tengiz” yatağında gələcək genişləndirmə layihəsinin həyata keçirilməsi səbəbindən həmişə mümkün olmur. Buna görə də biz “OPEC+” üzrə həmkarlarımızı hər görüşdə əvvəlcədən xəbərdar edirdik ki, bu il hasilat həcmini aşacağıq, çünki PSA sazişinə uyğun olaraq “Tengiz” yatağının işlənməsi layihəsi üzrə tərəfdaşlarımıza məhdudiyyətlər qoya bilmərik", - O.Bektenov qeyd edib.
Hökumət başçısı qeyd edib ki, Qazaxıstan “OPEC+” sazişindən çıxmaq variantını nəzərdən keçirmir, çünki “OPEC+” neft bazarında sabitliyə kömək edir".
Oxşar xəbərlər
Qazaxıstan “OPEC+” razılaşmasından çıxmaq imkanını nəzərdən keçirmir
Satkaliyev: "Qazaxıstan OPEC+ çərçivəsində öhdəliklərinin yerinə yetirilməsinə ciddi yanaşır"
Qazaxıstan OPEC+ sazişi üzrə öhdəliklərinə sadiqliyini təsdiqləyir
Energetika Nazirliyi: Qazaxıstan OPEC+ sazişinə sadiqliyini təsdiq edir
Qazaxıstan Energetika Nazirliyi OPEC+ sazişi ilə bağlı xarici mediada yazılanlara cavab verib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













