İran İraqa qaz tədarükünü bərpa edib
sizinxeber.az xəbər saytı

İran İraqa qaz tədarükünü bərpa edib


İran şənbə günü İraqa qaz tədarükünü bərpa edib.

"Report" xəbər verir ki, bu barədə "Al Arabiya" telekanalı İraqın Energetika Nazirliyinin bəyanatına istinadən məlumat yayıb.

"İran qazı yenidən gündəlik 5 milyon kubmetr həcmində İraq ərazisinə daxil olur", - məlumatda deyilir.

Telekanal qeyd edib ki, İraqda elektrik enerjisi istehsalı İrandan qaz idxalından asılıdır.

İraqa qaz ixracı martın 19-da ABŞ-İsrail birgə hərbi əməliyyatı zamanı İranın "Cənubi Pars" qaz yatağına zərbə endirildikdən sonra dayandırılıb. Hərbi əməliyyatlar başlamazdan əvvəl Tehran və Bağdad arasında yay aylarında gündəlik təxminən 50 milyon kubmetr, qış aylarında isə təxminən 25 milyon kubmetr qaz tədarükünə dair razılaşma qüvvədə olub.

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyata başlayaraq respublikanın şəhərlərinə hava zərbələri endirib. İran da cavab olaraq İsrail ərazisinə raketlər buraxıb. Bundan əlavə, İran qüvvələri ABŞ-nin Fars körfəzi ölkələrində yerləşən hərbi bazalarına hücum edib. Yaxın Şərqdəki vəziyyətlə əlaqədar regionun bəzi ölkələri hava məkanını müvəqqəti bağlayıb. Həmin gün İranın ali dini rəhbəri Əli Xamenei ABŞ və İsrailin hücumları nəticəsində öldürülüb.

Oxşar xəbərlər

İran Təl-Əvivə hücum zamanı yeni ballistik raketlərdən istifadə edib
İran Ras-Laffandakı sənaye obyektlərinə yenidən zərbə endirib
Tramp: İsrailin İranın "Cənub Pars" yatağına hücumundan ABŞ-nin məlumatı olmayıb
ABŞ və İsrailin hücumları nəticəsində İlamda 60 nəfər ölüb
İsrail "Cənubi Pars" qaz yatağına hücumdan sonra İrandan ciddi cavab gözləyir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər