Azərbaycan Türkiyəyə qaz nəqlini 2 %-ə yaxın artırıb
Bu ilin yanvar-may aylarında Azərbaycandan Türkiyəyə ümumilikdə 4 milyard 772,06 milyon kubmetr təbii qaz ixrac edilib.
“Report” xəbər verir ki, bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun (Enerji Piyasası Düzenleme Kurumu – EPDK) hesabatında qeyd olunub.
Məlumata görə, bu, 2024-cü ilin ilk 5 ayı ilə müqayisədə 1,9 % çoxdur.
Bu müddət ərzində Azərbaycandan qaz ixracının ümumi həcmindən 4 milyard 598,41 milyon kubmetr uzunmüddətli razılaşma əsasında, 173,65 milyon kubmetr isə spot əsasında tədarük edilib.
Bu ilin may ayında isə Azərbaycandan Türkiyəyə ümumilikdə 1 milyard 56,99 milyon kubmetr təbii qaz ixrac edilib ki, bu da 2024-cü ilin eyni ayı ilə müqayisədə 4,8 % çoxdur. Bu dövrdə 989,06 milyon kubmetr qaz uzunmüddətli əsasda ixrac təşkil edib, 67,93 milyon kubmetr isə spot mexanizmi üzrə olub.
Bununla da may Azərbaycan Türkiyəyə təbii qaz ixrac edən ikinci ölkə olub. Türkiyənin ümumilikdə idxal etdiyi təbii qazın 29,8 %-i Azərbaycanın payına düşüb.
Xatırladaq ki, ötən ilin may ayında Azərbaycan Türkiyəyə 1 milyard 008,58 milyon kubmetr təbii qaz ixrac edib.
Təkcə may ayında Türkiyə ümumilikdə 3 milyard 539,11 milyon kubmetr həcmində təbii qaz idxal edib ki, bu da 2024-cü ilin eyni ayının göstəricisi ilə müqayisədə 22,79 % çoxdur.
Mayda Türkiyəyə qaz ixracına görə ilk yeri Rusiya tutub. Ay ərzində Rusiyadan Türkiyəyə 1 milyard 192,55 milyon kubmetr təbii qaz ixrac olunub. Bu, 2024-cü ilin ilk 5 ayı ilə müqayisədə 62,38 % azdır.
Mayda üçüncü yerdə İran qərarlaşıb. Bu ölkə həmin ay Türkiyəyə 791,74 milyon kubmetr qaz nəql edib. 2024-cü ilin yanvar-may ayları ilə müqayisədə İrandan Türkiyəyə qaz nəqli 33,4 % artıb.
Qeyd edək ki, Türkiyəyə Azərbaycanın “Şahdəniz” yatağından hasil edilən təbii qaz nəql edilir. Təbii qaz həcmləri Cənubi Qafqaz Boru Kəməri (Bakı-Tbilisi-Ərzurum) və Trans-Anadolu Təbii Qaz Kəməri (TANAP) vasitəsilə Türkiyə bazarına çatdırılır. Bakı-Tbilisi-Ərzurum kəməri ilə ilk qaz Türkiyə bazarına 2007-ci ildə daxil olub. TANAP vasitəsilə Türkiyəyə kommersiya qazının nəqlinə isə 2018-ci il iyunun 30-da başlanılıb.
Oxşar xəbərlər
Azərbaycan fevralda Türkiyəyə qaz nəqlini 13 % artırıb
Azərbaycan Türkiyəyə qaz nəqlini 12 %-dən çox artırıb
Azərbaycan Türkiyəyə qaz nəqlini 10 % artırıb
Azərbaycan Türkiyəyə qaz nəqlini 10 %-dən çox artırıb
Azərbaycan apreldə Türkiyənin ikinci ən böyük qaz təchizatçısı olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Azercell"də dəyişiklik - Bu xidmətləri də dayandırır
-
Leyla Əliyeva "ASAN Məktub" sosial proqramının 10 illiyinə həsr olunan tədbirdən paylaşım edib
-
“e-Sosial” portalında yenilik əlilliyi olan şəxslər üçün istifadə rahatlığının artırılmasına xidmət edir – AÇIQLAMA
-
Deputat: Qızıl ehtiyatlarının artması dəyər qazanan aktivlərə daha çox vəsaitin yönəldilməsinə imkan yaradır
-
Milli Məclisin bugünkü iclasının gündəliyi dəyişib
-
Azərbaycanda bəzi cərimələr sərtləşdirilir








