Pərviz Şahbazov İsmayıllıda vətəndaşları qəbul edib
Bu gün energetika naziri Pərviz Şahbazov İsmayıllı rayon Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edib.
"Sizinxeber.az" nazirliyə istinadən xəbər verir ki, qəbulda vətəndaşların elektrik enerjisi və təbii qaz təchizatı, şəbəkəyə qoşulma, sayğaclaşdırma, gərginlik xətlərinin istismar vəziyyəti, elektrik verilişi xətlərinin mühafizə zonası, transformatorların yenilənməsi, qazlaşdırma, qaz təchizatı üzrə yaranmış borc və cərimələr, məşğulluq imkanları ilə bağlı dəstək, habelə sosial və inzibati xarakterli digər məsələlərə dair müraciətləri dinlənilib. Qaldırılan məsələlərin mövcud normativ-hüquqi aktlara uyğun şəkildə araşdırılması və operativ həlli məqsədilə müvafiq tapşırıqlar verilib.
Nazirliyin aidiyyəti struktur bölmə rəhbərlərinin iştirakı ilə keçirilmiş qəbulda İsmayıllı, Şəki, Oğuz, Qəbələ, Qax və Mingəçevirdən olan 23 vətəndaş iştirak edib.
Oxşar xəbərlər
Energetika naziri Hacıqabulda vətəndaşları qəbul edib
Energetika naziri Saatlıda vətəndaşları qəbul edib
Pərviz Şahbazov Mingəçevirdə vətəndaşları qəbul edib
Energetika naziri Tərtərdə vətəndaşları qəbul edib
Pərviz Şahbazov Ağstafada vətəndaşları qəbul edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kredit götürənin sosial yardımı kəsiləcək? - VACİB AÇIQLAMA
-
Hər uşağa görə ayrıca pul veriləcək? – AÇIQLAMA
-
Sosial yardım bu şərtlərlə və həmin ailələrə veriləcək — AÇIQLAMA
-
İranda hərbi əməliyyatlar yenidən başlayır? - Netanyahu və Tramp nələri müzakirə etdilər?
-
Kanada rəsmisi: Şəhər problemləri hökumətlərin həll imkanlarını üstələyir
-
Rövşən Nəcəf: "Sabah" klubunu ürəkdən təbrik edirəm
