Azərbaycan və Özbəkistan pambıq klasteri layihəsi çərçivəsində əkin sahələrini 3 dəfə artıracaq
Azərbaycan və Özbəkistan pambıq klasteri layihəsi çərçivəsində 2 min hektar sahədə əkin aparıb və bu rəqəmi 6 min hektara çatdırmağı planlaşdırır.
"Report"un məlumatına görə, bunu İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev IV Daşkənd Beynəlxalq İnvestisiya Forumu çərçivəsində təşkil olunmuş "Azərbaycan - Özbəkistan: İqtisadi Tərəfdaşlığın Vektoru" panel sessiyasında bildirib.
"Bu mövsüm daha bir neçə hektar sahə hazırlanıb və artıq ilk məhsulu gözləyirik", - deyə o qeyd edib.
Bundan başqa, icraçı direktor qeyd edib ki, iki ölkə avtomobil sənayesi sahəsində də əməkdaşlığı davam etdirir: "Artıq birgə müəssisəmiz 9 min ədəd "Chevrolet" markalı avtomobil istehsal edib. Bu, "Made in Azerbaijan" və "Made in Uzbekistan" brendlərini gücləndirir".
Oxşar xəbərlər
Özbəkistan şirkəti Azərbaycanda pambıqçılıq klasteri yaradır
Azərbaycan-Özbəkistan iqtisadi tərəfdaşlığının gücləndirilməsi müzakirə olunacaq
Azərbaycan-Özbəkistan investisiya şirkəti 15 layihənin maliyyələşdirilməsini nəzərdən keçirir
AZPROMO Latviyaya ixrac missiyası təşkil edəcək
AZPROMO “Made in Azerbaijan” tədris planı əsasında növbəti modulu icra edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
Qalibaf: Livanın ərazi bütövlüyü təmin olunana qədər mübarizə aparacağıq
-
ÜST Ebola virusu riski altında olan ölkələri açıqlayıb
-
Qazaxıstan və Avropa tərəfdaşları süni intellekt, elm və kosmik texnologiyalarının inkişafını razılaşdırıblar
-
İnternet informasiya ehtiyatının fəaliyyətinin müvəqqəti məhdudlaşdırılacağı yeni hallar müəyyənləşir
