

Türk ölkələrinin ürək-damar cərrahları Bakıda toplandı!
Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyəti Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Bakı Ürək Günləri” IX Beynəlxalq Konqresini təşkil edib.
Görüşdə Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan və Özbəkistandan nümayəndələr iştirak edərək ürək cərrahiyyəsinin tarixi və indiki vəziyyəti ilə bağlı mövzuları müzakirə ediblər.
Tədbirin moderatoru, Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin fəxri sədri Prof. Dr. Kamran Musayev bildirib ki, toplantının məqsədi türk ölkələrində ürək-damar cərrahiyyəsinin hazırkı vəziyyətini müzakirə etmək, mütəxəssislərə bilgi və təcrübələrini bölüşmək üçün şərait yaratmaq, eləcə də əlaqələri daha da möhkəmləndirməkdir.
Konfransda elmi məruzələr dinlənilib, əməkdaşlıq imkanları müzakirə olunub və gələcək layihələr üçün əsas istiqamətlər müəyyənləşdirilib.
20-dən artıq ölkədən 400-ə yaxın yerli və əcnəbi kardioloq və kardioccərahın iştirakı ilə keçirilən konqresin əsas məqsədi Azərbaycanda kardiologiyanın və ürək-damar cərrahiyyəsinin inkişafına töhfə vermək, əcnəbi mütəxəssislərlə birgə fikir mübadiləsi aparmaq, tibb elminin bu sahədəki son yeniliklərini müzakirə etmək olub. “Bakı Ürək Günləri” IX Beynəlxalq Konqresi Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən Davamlı Tibbi Təhsil verən tədbir kimi tanınıb və konqres iştirakçıları 20 DTT balı əldə edib.
Oxşar xəbərlər
20-dən artıq ölkədən məşhur ürək-damar cərrahları Bakıya toplaşır!
“Bakı Ürək Günləri” 9-cu Beynəlxalq Konqresi keçiriləcək
Kamran Musayev Prezidentin fəxri diplomu ilə təltif edilib
İlham Əliyev “Bakı Ürək Günləri” IX Beynəlxalq Konqresinin iştirakçılarına müraciət ünvanlayıb
Kamran Musayev: Azərbaycanda 60-a yaxın ürək mərkəzi fəaliyyətdədir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
18 yaşadək voleybolçular arasında Azərbaycan çempionatına yekun vurulub
-
BMTM əməkdaşı: İslamofobiya ilə mübarizədə əsas məqsəd nifrəti susdurmaqdır
-
Ronaldu Səudiyyə Ərəbistanı çempionatını bombardir kimi başa vurub
-
AAYDA rəsmisi: Ağsuçay vadisində 1186 metrlik unikal avtomobil körpüsünün tikintisi davam etdirilir
-
Minifutbol üzrə dünya çempionatında bu gün 1/8 final mərhələsinə start veriləcək
-
Tayland turistlərə alış-verişləri kriptovalyuta ilə ödəməyə icazə verəcək
