Azərbaycana əkin üçün gətirilən bəzi bitkilər gömrük rüsumundan azad edilir
sizinxeber.az xəbər saytı

Azərbaycana əkin üçün gətirilən bəzi bitkilər gömrük rüsumundan azad edilir


Nazirlər Kabineti 22 aprel 1998-ci il tarixli qərarı ilə təsdiq edilmiş “İxrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” qərarında dəyişiklik edilib.

"Report" xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təsdiqedici sənədinə əsasən, əkin məqsədilə ölkəyə gətirilən ağaclar, kollar, kolcuqlar, ot bitkiləri idxal gömrük rüsumuna cəlb olunmur.

Qərar dərc edildiyi gündən 30 gün sonra qüvvəyə minir.

Oxşar xəbərlər

Elektromobillər üçün enerji doldurucusu istehsalına lazım olan mallar gömrük rüsumundan azad edilib
Azərbaycanda elektrik mühərrikli yük avtomobillərinin idxalı gömrük rüsumundan azad edilib
Azərbaycana gətirilən şprislər üçün gömrük güzəştlərinin müddəti daha 5 il uzadılıb
Əkin üçün ölkəyə gətirilən ağaclar və ot bitkiləri gömrük rüsumuna cəlb olunmayacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər