Azərbaycanda vergi öhdəliyinə könüllü əməl etmə indikatoru açıqlanıb
sizinxeber.az xəbər saytı

Azərbaycanda vergi öhdəliyinə könüllü əməl etmə indikatoru açıqlanıb


Bu gün Azərbaycanda vergi öhdəliyinə könüllü əməl etmə indikatoru ümumi daxilolmalar üzrə 93 %, qeyri-neft-qaz sektorundan daxilolmalar üzrə isə 91 % təşkil edir.

"Report" xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli Bakıda keçirilən, “Konstitusiya və Suverenlik İli”nə həsr edilmiş "Maliyyə nəzarəti - dövlətin və özəl sektorun konstitusion hüquqlarının qorunmasının təminatçısı kimi" mövzusunda konfransda bildirib.

Onun sözlərinə görə, hazırda rəhbərlik etdiyi qurum Biznes mühiti və beynəlxalq reytinqlər üzər Komissiya ilə birgə işçi qrupları çərçivəsində biznesə daxilolma və vergi tutma üzrə mühüm layihələr həyata keçirilir: "Bunların arasında mikro sahibkarlar üçün əvvəlcədən doldurulmuş, sadələşdirilmiş vergi bəyannamələri sisteminə keçidin təmin edilməsi, avtomatik doldurulmuş vergi bəyannaməsi sisteminə mərhələli keçidin tətbiqi, eləcə də vergi tutma rejiminin seçimi adlı yeni elektron xidmət yaradılması var".

"Təqdim etdiyimiz yanaşmalar vergi ödəyiciləri üçün vergi bəyannamələrinin hazırlanması, vergi ödənişlərinin həyata keçirilməsi və əlaqədar sənədlərin təqdim edilməsi prosesini daha asan və sürətli edir. Bütün bunlar isə ölkədə könüllü əməl etmə səviyyəsini artırır. Könüllü daxilolmalar 2019-cu illə müqayisədə 2 dəfəyə qədər artıb", - deyə O.Nəzərli əlavə edib.

Oxşar xəbərlər

Azərbaycanda vergi ödəyiciləri üçün uçot sistemi təkmilləşdiriləcək
Azərbaycanda son 6 ildə aktiv vergi ödəyicilərinin sayı 2 dəfəyə yaxın artıb
Azərbaycanda kameral vergi yoxlamalarının sayı 29 % azalıb
Orxan Nəzərli: "Sahibkarlıq subyektlərinin vergi uçotuna yanaşması dəyişib"
Orxan Nəzərli: "Vergi orqanlarının fiskal yığımlardakı payı 77 %-ə çatıb"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər