Azərbaycan və Efiopiyanın İnvestisiya Holdinqləri Anlaşma Memorandumu imzalayıb
sizinxeber.az xəbər saytı

Azərbaycan və Efiopiyanın İnvestisiya Holdinqləri Anlaşma Memorandumu imzalayıb


Azərbaycan İnvestisiya Holdinqi (AİH) və Efiopiya İnvestisiya Holdinqi (EİH) ilə arasında strateji əməkdaşlığın təşviqi məqsədilə Anlaşma Memorandumu imzalanıb.

"Report" bu barədə İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, sənədə Əddis-Əbəbədə AİH-nin Baş direktoru Ruslan Əlixanov və EİH-nin Baş direktoru Bruk Teye imza atıb.

Anlaşma Memorandumu tərəflər arasında bilik və təcrübə, eləcə də texnologiya mübadiləsi və birgə investisiya təşəbbüsləri kimi əsas sahələrdə əməkdaşlıq üçün çərçivə yaratmağı hədəfləyir.

İmzalanma mərasimindən sonra açıqlama verən B.Teye tərəfdaşlığın əhəmiyyətini vurğulayaraq, sənədi Azərbaycanla iqtisadi əlaqələri gücləndirmək üçün mühüm addım adlandırıb. O, qeyd edib ki, bu, investisiya idarəçiliyi sahəsində qarşılıqlı təcrübədən istifadə etməklə, dayanıqlı iqtisadi artımı dəstəkləyən sahələrdə səmərəli əməkdaşlıq üçün zəmin yaradacaq.

R.Əlixanov isə tərəfdaşlığın əhəmiyyətini və iki təşkilat arasında əməkdaşlıq potensialını vurğulayıb, bildirib ki, bu əməkdaşlıq bilik transferi, texnoloji nailiyyətlər və dövlət müəssisələrinin fəaliyyətini gücləndirəcək birgə təşəbbüslər üçün yeni imkanlar açır. Anlaşma Memorandumunun imzalanması hər iki qurum arasında iqtisadi transformasiyanı təşviq etmək, dövlət müəssisələrinin fəaliyyətini optimallaşdırmaq, qarşılıqlı maraq doğuran digər sahələrdə yeni investisiya imkanlarını üzə çıxarmaq səylərini möhkəmləndirir.

Oxşar xəbərlər

ARDNF Səudiyyə Ərəbistanına investisiya yatırılması imkanlarını araşdıracaq
Türk İnvestisiya Fondu və TCCİ Anlaşma Memorandumu imzalayıb
Türk İnvestisiya Fondu ilə TCCI arasında anlaşma memorandumu imzalanıb
Azərbaycan İnvestisiya Holdinqi Çin şirkəti ilə Anlaşma Memorandumu imzalayıb
4SIM “Binance”la Anlaşma Memorandumu imzalayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər