Nazir müavini: "Özünüməşğulluq proqramından keçən il 2 500 gənc faydalanıb"
sizinxeber.az xəbər saytı

Nazir müavini: "Özünüməşğulluq proqramından keçən il 2 500 gənc faydalanıb"


2024-cü ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin Dünya Bankının maliyyə dəstəyi ilə həyata keçirdiyi özünüməşğuluq proqramından 2 500 gənc faydalanıb.

"Sizinxeber.az" xəbər verir ki, bunu nazir müavini Anar Kərimov Bakıda keçirilən İnsan İnkişafı Forumunda bildirib.

Bundan başqa, o deyib ki, ötən il təqribən 16 minə yaxın gənc müxtəlif peşə kurslarına cəlb edilib.

"İl ərzində 150 əmək yarmarkası keçirilib, peşə yönümlü xidmətlərin sayı 200 mini keçib", - deyə nazir müavini qeyd edib.

A.Kərimovun sözlərinə görə, bu ildən ölkədə minimum əməkhaqqının 400 manata çatdırılması gənclər üçün çox vacibdir: "Çünki gənclər ilk iş yerlərində minimum əməkhaqqı ilə çalışmaq məcburiyyətindədirlər. Əsas məsələ onların təcrübə toplaması, bacarıq əldə etməsidir. Hazırda nazirliyin nəzdində "DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi" MMC fəaliyyət göstərir. Burada müəyyən əlilliyi olan şəxslərin, gənclərin təcrübə toplamasına şərait yaradılıb. İl ərzində təqribən 200-ə yaxın gənc burada potensialını inkişaf etdirə bilir".

Oxşar xəbərlər

Nazir müavini: Azərbaycanda əməkhaqqı fondu üç dəfəyədək artıb
Nazir müavini: Peşə hazırlığına cəlb edilmiş şəxslərin işlə təmin olunması 75%-ə yaxınlaşıb
Gələn il Qubada peşə hazırlığı mərkəzi fəaliyyətə başlayacaq
Sahil Babayev: Son 6 ildə əmək müqavilələrinin sayında 50% artım olub
Nazir müavini: "Lex Camp" düşərgəsində 60-a yaxın gənc hüquqşünas iştirak edəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər