"Suraxanı Maşınqayırma Zavodu" yenidən təşkil edilir
sizinxeber.az xəbər saytı

"Suraxanı Maşınqayırma Zavodu" yenidən təşkil edilir


İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin sərəncamındakı "Suraxanı Maşınqayırma Zavodu" ASC "Azərbaycan Elmi Tədqiqat və Layihə Konstruktor Neft Maşınqayırma İnstitutu" ASC-nin ona qoşulması ilə əlaqədar yenidən təşkil edilir.

“Sizinxeber.az” bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin "Vergilər" qəzetinə istinadən xəbər verir.

Məlumata görə, kreditorlar 2 ay ərzində tələblərini Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Səttar Bəhlulzadə küçəsi, 411 ünvanına bildirə bilərlər.

Xatırladaq ki, "Suraxanı Maşınqayırma Zavodu" 2001-ci ildə dövlət qeydiyyatına alınıb. Onun nizamnamə kapitalı 17,532 milyon manatdır.

Oxşar xəbərlər

Bakı Baş Səhiyyə Mərkəzi yenidən təşkil edilir
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının törəməsi yenidən təşkil edilir
"Bakı Sığorta" bazarı tərk edir
Türkiyənin aerokosmik şirkətinin nümayəndəliyi nizamnamə kapitalını 3 dəfə azaldır
Azərbaycanın prosessinq mərkəzi nizamnamə kapitalını azaldır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər