Andrea Makkaniko: İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşıdır
- 4-12-2024, 14:00
- İqtisadiyyat / Biznes
- 0
- 1 027
Bu ilin ilk 10 ayında İtaliyadan Azərbaycana idxal ötən ilin müvafiq dövrü ilə müqayisədə 10 %-dən çox artıb.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə İtaliya Ticarət Agentliyinin (İTA) Azərbaycan üzrə direktoru Andrea Makkaniko Bakıda keçirilən IX İtaliya mətbəxi həftəsinin açılışına həsr olunmuş mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşıdır:
"Ölkələrimizi bir-birinə sıx əlaqələr birləşdirir. Qiymət dəyişiklikləri ilə bağlı bəzi tərəddüdlərə baxmayaraq, İtaliya Azərbaycan mallarının təxminən 40 %-nin ixrac olunduğu ölkə olaraq qalır”.
A.Makkaniko Bakıda keçirilən İtaliya mətbəxi həftəsi barədə də danışıb:
"Bu tədbir çərçivəsində İtaliyadan qonaq gələn aşpaz Andrea Berton ilə şam yeməyi, kulinariya şousu, eləcə də İtaliya və Azərbaycan mədəniyyətinə həsr olunmuş görüş nəzərdə tutulub. Yerli istehsalçıların iştirakı ilə keçiriləcək görüş zamanı İtaliyanın ənənəvi aperitiva və antipasto mədəniyyəti nümayiş etdiriləcək".


width="220" alt="Bu seçkilər başqaları üçün nümunədir - İtaliyalı deputat" />
width="220" alt="Romada Azərbaycan ilə İtaliya arasında imzalanmış sənədlərin mübadiləsi mərasimi olub" />
alt="ABŞ əsas danışıqlardan əvvəl İrana hərbi təzyiqi artırır" />
alt="Daha ucuz, daha sürətli, daha güclü: Süni intellekt yarışına yenisi qoşuldu" />
alt="Tramp Netanyahu ilə görüşdən sonra İran üzrə razılıq əldə olunmadığını bildirib" />
alt="Heqset: ABŞ uzun müddət digər ölkələri qoruyaraq, öz təhlükəsizliyini arxa plana atıb" />
alt="Heç kimin düşünmədiyi risk: SSD-lər nə qədər təhlükəsizdir?">
alt="“Google Gemini” artıq Azərbaycan dilində istifadəçilər üçün əlçatandır">
alt=""YouTube"da 1 milyon izlənmə 5 500 dollar qazandırır - YouTuber açıqladı">
alt="“Wi-Fi 8” prototipi rekord məlumatötürmə sürəti nümayiş etdirib">
width="290" alt="Kredit kartı: problem kartdadır, yoxsa istifadəçidə?" />
width="290" alt="Elit məktəb, girişdə silah sərbəstdir" />
width="290" alt="QANLA YAZILAN GECƏ" />
width="290" alt="Rafael Ağayev qala-qala, tədbirə bloqeri dəvət etdilər" />
width="290" alt="Sözüm var: Mədəniyyət Nazirliyinə" />
width="290" alt="Gediş haqqı – zəhmətkeşin cibindən çıxan son qəpik" />
width="290" alt="Cabir İmanovun əziz xatirəsinə…" />
width="290" alt="Nilay və Ali Baş Komandan" />
width="290" alt="Dolmuş avtobusa 1 AZN?" />
width="290" alt=""ChatGPT", yoxsa həkimlər? - Həyatınızı kimə etibar edirsiniz?" />