Azərbaycan Efiopiya ilə ticarət, investisiya və “yaşıl enerji” üzrə əməkdaşlığı müzakirə edib
Efiopiya Azərbaycanın sənaye parkları sahəsində təcrübəsindən istifadə və iki ölkənin işgüzar dairələri arasında əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə edilib.
“Report” xəbər verir ki, müzakirələr iqtisadiyyat naziri Mikayıl Cabbarovun Efiopiyanın Baş nazirinin ofisində dövlət naziri Aklilu Tadessenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə keçirilən görüşdə aparılıb.
Görüşdə ölkələr arasında iqtisadi əməkdaşlıq potensialının reallaşdırılmasının əhəmiyyəti vurğulanıb, ticarət, investisiya, “yaşıl enerji” sahələrində tərəfdaşlıq imkanları nəzərdən keçirilib.
Həmçinin əlaqələrin inkişafına dəstək məqsədilə hüquq-müqavilə bazasının genişləndirilməsinin, biznes subyektlərinin iştirakı ilə işgüzar tədbirlərin təşkilinin, eləcə də qarşılıqlı maraq doğuran sahələrdə təcrübə mübadiləsinin həyata keçirilməsinin məqsədəuyğunluğu vurğulanıb.
Oxşar xəbərlər
Azərbaycan Pakistanla işgüzar dairələr arasında əlaqələrin möhkəmləndirilməsini müzakirə edib
Mikayıl Cabbarov Kubanıçbek Omuralıyevlə TDT çərçivəsində iqtisadi tərəfdaşlığı müzakirə edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
KİV: İran ABŞ-nin hərbi obyektlərini vurdu
-
Şuşada "Etimadın bərpasında media diplomatiyası və media savadlılığının rolu" müzakirə edilib
-
Çində Kainatı öyrənmək üçün Ayı alətə çevirməyin yolunu tapıblar
-
ABŞ Hörmüzə nəzarəti ələ keçirə bilsə... - Savaşın əsl səbəbi
-
"TuranBank" biznesin maliyyələşdirilməsi məqsədilə beynəlxalq fondlardan yerli valyutada vəsait cəlb edib
-
Bu ölkə Azərbaycan vətəndaşlarını deport etdi
