“İqtisadi fəaliyyət növləri üzrə vergi münasibətlərinin vahid standartları” yenidən təsdiq olunub
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti “İqtisadi fəaliyyət növləri üzrə vergi münasibətlərinin vahid standartları”nı yeni redaksiyada təsdiq edib.
"Sizinxeber.az" bu barədə quruma istinadən xəbər verir.
Məlumata görə, məqsəd uçot məlumatlarının dürüstləşdirilməsi və avtomatlaşdırma səviyyəsinin artırılması, vergi münasibətlərində vahid yanaşmanın tətbiqi, vergi ödəyicilərinin öhdəlikləri və digər tələblər barədə əvvəlcədən məlumatlandırılmasıdır.
7 rəqəmli fəaliyyət kodlarına və Vergi Məcəlləsində edilmiş dəyişikliklərə uyğunlaşdırılması zərurətindən irəli gələrək həmin standartlar yeni redaksiyada təsdiqlənib, istifadənin əlçatanlığının artırılması üçün Dövlət Vergi Xidmətinin internet saytında yerləşdirilib ().
İstifadəçilər buradan iqtisadi fəaliyyət növləri üzrə formalaşan vergi öhdəlikləri, o cümlədən vergi azadolmaları və güzəştlər, vergitutma baxımından tətbiq edilməli və tətbiqi mümkün olmayan tədiyyə növləri, obyekt qeydiyyatı, NKA və POS-terminalın quraşdırılması, lisenziyanın alınması ilə bağlı məlumatları asanlıqla əldə edə bilərlər.
Oxşar xəbərlər
Naxçıvanda vergi daxilolmaları 29 % artıb
Naxçıvanda aktiv vergi ödəyicilərinin sayı bu il 24 % artıb
Naxçıvanda vergi daxilolmaları 32 % artıb
Azərbaycanda 10 ayda vergi daxilolmaları 14 milyard manatı keçib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
GTA 6 üçün ön-sifariş rəsmi şəkildə açıldı
-
DÇ-2026: Mərakeş - Haiti qarşılaşmasında ikinci hissə başlayıb - YENİLƏNİR-6
-
İsrail yeni lazer silahını təqdim etdi: 60 saniyədə 30 hədəf məhv edilir
-
Tusk: Polşanın müdafiə xərcləri ÜDM-in təxminən 7 %-nə çatıb
-
FIFA Qətər millisinin futbolçusu Asim Madibonu 5 oyunluq cəzalandırıb
-
DÇ-2026: Çexiya - Meksika oyunu başlayıb
