Azərbaycan və BMT iqlim maliyyəsi, investisiya və ticarət üzrə Bakı Təşəbbüsünü müzakirə edib
sizinxeber.az xəbər saytı

Azərbaycan və BMT iqlim maliyyəsi, investisiya və ticarət üzrə Bakı Təşəbbüsünü müzakirə edib


Azərbaycan və Birləşmiş Millətlər Təşkilatı (BMT) arasında iqlim maliyyəsi, investisiya və ticarət üzrə Bakı Təşəbbüsü (BICFIT) müzakirə edilib.

"Report" xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

"BICFIT iqlim maliyyəsi, investisiya, ticarət və dayanıqlı inkişaf məsələlərini bir araya gətirərək qlobal sinerjinin təmin edilməsi istiqamətində əhəmiyyətli perspektiv vəd edir. BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının baş katibi xanım Rebeka Qrinspan ilə videokonfrans formatında keçirdiyimiz görüşdə COP29 çərçivəsində baş tutacaq BICFIT-ə dair Yüksək Səviyyəli Görüşə hazırlığı müzakirə etdik. İqlim maliyyəsinin inklüziv əsaslarla formalaşdırılması, özəl sektorun potensialından istifadə və qlobal dekarbonizasiya prosesində BICFIT-in mühüm rol oynaya biləcəyini vurğuladıq", - deyə o qeyd edib.

Oxşar xəbərlər

Nyu-Yorkda COP29-un BICFIT təşəbbüsünə dair müzakirələr aparılıb
ABŞ-də İqlim Maliyyəsi, İnvestisiya və Ticarət üzrə Bakı Təşəbbüsündə özəl sektorun roluna dair yüksək səviyyəli tədbir keçirilib
COP29-un iqlim maliyyəsi, investisiya və ticarət üzrə Bakı Təşəbbüsünə dair niyyət məktubu imzalanıb
Elmar Məmmədov: İqlim Maliyyəsi üzrə Fəaliyyət Fondunun yaradılması nəzərdə tutulub
COP29 çərçivəsində "Maliyyə, investisiya və ticarət günü” təşkil ediləcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər